Qasım Süleymaninin qızı ABŞ-ı hədələdi
Öldürülən iranlı general Qasım Süleymaninin qızı Zeynab atasının dəfn mərasimində ABŞ və İsrailə bu qətlin sonucunun ağır olacağı xəbərdarlığını edib.
“Axmaq Tramp, düşünmə ki, atamın ölümü ilə bağlı hər şey bitdi”” -deyə Zeynəb bildirib.
Süleymaninin qızı onu da əlavə edib ki, ABŞ və İsrail üçün artıq “”qara gün”” başlayıb.
Bir müddət əvvəl Tehranda Bağdadda Amerika hava hücumu nəticəsində öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC, ölkənin silahlı qüvvələrinin bir hissəsi) generalı Qasım Suleymani ilə vida mərasimi olub.
Xatırladaq ki, cümə gününə keçən gecə -yanvarın 3-də ABŞ-ın Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında keçirdiyi əməliyyat əməliyyat nəticəsində general Qasım Suleymani və İraq şiə milisinin rəhbərinin müavini Əbu Mehdi əl-Muhandis öldürülmüşdü. Birləşmiş Ştatlar 2019-cu il dekabrın 31-də Bağdaddakı diplomatik nümayəndəliyinə hücum təşkil edilməsində onların iştirakı olduğunu düşünürdü.
Yenises.ru“