Qazağıstan prezidenti Nursultan Nazarbayev istefa verdi


Qazağıstan prezidenti Nursultan Nazarbayev istefa verdi

Martın 19-da xalqa müraciət edən Qazağıstan prezidenti Nursultan Nazarbayev 30 il respublikaya başçılıq etdikdən sonra istefa verdiyini bəyan edib.

Qazağıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciət edərək istefa verdiyi söyləyib. O, özünün səlahiyyətlərinin martın 20-də bitməsi barədə fərman imzalayıb.

Prezident səlayihiyyətlərini ölkə parlamenti senatının sədri, keçmiş baş nazir Qasım-Cömert Tokayev icra edəcək.

Nazarbayev istefadan sonra “Nur Otan”” partiyasının başçısı, eləcə də Konstitusiya Şurası üzvü və Qazağıstan Təhlükəsizlik Şurası sədri ( Nazarbayevə bu vəzifəni ömürlük icar etməyə “”Qazağıstan Respublikası Təhlükəsizlik Şurası haqqında qanun”” verir) vəzifələrini saxlayıb.

Nursultan Nazarbayevin 78 yaşı var. O 1990-cı ildən respublikaya başçılıq edir və istefa verən “”sovet”” liderlərindən sonuncudur.

Valdimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, istefa elan edilənə qədər Putin Nazarbayevlə telefonda danışıb, lakin söhbətin məğzi barədə Kremlin mətbuat xidmətində məlumat yoxdur.

Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienkonun sözlərinə görə Nazarbayevin istefası onun üçün gözlənilməz olub.

YENİSES.RU


Bir cavab yazın