Qazaxıstana qoşun göndərdiyi üçün Ermənistanı terror hücumu ilə hədələyirlər


Ermənistan və Belarus  Qazaxıstana  qoşun göndəridyi üçün Moskvadakı səfirlikləri  terrorla hədələyiblər.

Ermənistan və Belarusun Moskvadakı səfirliklərinə hədə-qorxu gələn məktublar daxil olub. Naməlum şəxslər öz ölkələrinin hökumətlərinin Qazaxıstana qoşun yeritdiyinə görə diplomatik missiyaları partlatmaqla hədələyiblər. Bu haqda TASS-ın  məlumatında deyilir.

Səfirliklərin elektron poçtlarına gələn məktublarda qoşunların Qazaxıstandan çıxarılması tələbləri yer alır. TASS-ın hüquq-mühafizə orqanlarından olan həmsöhbəti onu da bildirib ki, səfirliklərin binalarında axtarışlar aparılıb. Heç bir partlayıcı qurğu tapılmayıb.

Bundan əvvəl Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko KTMT-yə üzv ölkələrdəki vəziyyətlə bağlı telefon danışığı aparıblar. Hər iki ölkənin liderləri Qazaxıstanın cənubunda etiraz aksiyaları ilə bağlı vəziyyəti və KTMT-yə üzv dövlətlərin başçıları arasında gələcək danışıqların formatını müzakirə ediblər.

Yenises.ru


Bir cavab yazın