Qazaxıstanda Qaqarini “rusluqdan” çıxartdılar
Qazaxıstanın 5-ci siniflər üçün ingilis dilli dərsliyində Yuri Qaqarinin milliyətini dəyişiblər. Yuri Qaqarinin milliyəti ilə bağlı sualın tets variantında 3 cavab göstərilib: İngilis, ispan və amerikalı.
“Atamura” nəşriyyatı tərəfindən 43 min tirajla çıxan dərslik 2010-cu ildə buarxılıb. Testdə uşqaqlara Qaqarinin hansı millətdən olduğu sualı verilir, lakin duzgün cavab variantı yoxdur.
Nəşriyyatdan bildirinlər ki, kitabın içindəki səhvin onlara heç bir aidiyyatı yoxdur, lakin problemi ayrıd edəcəklər.
“Bunu “Atamura” nəşriyyatından deyil, dərsliyin müəllifindən soruşmaq lazımdır. Mən inanmıram ki, onlar Qaqarinin milliyətinin hansı xalqa aid olduğunu bilmirlər. Əgər orada hərf buraxılmış olasydı bunu texniki xəta sayaraq redaktorun və ya korrektorun səhvi hesab etmək olardı”-deyə “Amatura” nəşriyyatının vitse-prezidenti Gülbarşın Jarılqasımova açıqlayıb.
Onun sözlərinə görə dərslikdəki səhvi 2014- cü ildə düzəltmək mümkündür, cünki kitab dörd ildən bir yenidən nəşr olunur. “Qarşıda isə 12 illik təhsil durur və artıq dərsliklər və proqram güman ki, başqa olacaq, ola bilsin bu dərsliklər son ilini yaşayır”-deyə Jarılqasımova qeyd edib.
O, onu da əlavə edib ki, dərslik Təhsil və Elm nazirliyində ekspertizadan keçir. “Bu tipli səhvlər maddi cəhətdən bahalıya başa gəlir”-deyə Jarılqasımova aydınlaşdırıb.
Qaqarin Qazaxıstan məktəbliləri üçün hələlik rus olmayacaq.
/Yenises.ru/