Qırğızıstanda “mavilərdən” bəhs edən film oğurlandı
“Vətəndaşlar korrupsiyaya qarşı” hüquq-müdafiə mərəkəzi “Mən-mavi və müsəlmanam” filminin diskinin Qırğızıstan xüsusi xidmət orqanları əməkdaşları tərəfindən oğurlandığını bəyan edib. Bu haqda yerli mətbuat məlumat verib.
Hüquq müdafiəçilərinin qənaətinə görə filmin surəti 27 sentyabrda, filmin Qırğızıstanda göstərilməsi qadağa ediləndən bir gün əvvəl oğurlanıb.
Haqqında danışılan filmi rejissor Kris Belloni Marokkoda çəkib. Məzmununa görə sənədli kadrlar “İslam dünyasında homoseksualistlərin hüquqlarına” həsr olunub.
Filmin Qırğızıstanda keçirilən insan haqlarına həsr olunmuş beynəlxalq sənədli filmlər festivalında göstərilməsi nəzərdə tutulmuşdu. Lakin bu filmin nümayiş olunmasına qarşı çıxan müfti Rahmatulla hacı Eqemberdiyev dövlət təhlükəsizlik komitəsinə müraciət edərək onun göstərilməsinin qadağan olunmasını tələb etmişdi. Dövlət təhlükəsizlik komitəsində ekspertiza keçirilib və “Mən- mavi və müsəlmanam” filmi dini münasişəni qızışdıran hesab edilib.
Bu səbəbdən də Bişkek məhkəməsinin qərarı ilə Qırğızıstan ərazisində filmin nümayişi və yayımlanması qadağan edilib.
“Vətəndaşlar korrupsiyaya qarşı” mərkəzinin rəhbəri, hüquq müdafiəçisi həm də kinofestivalın təşkilatçılarından biri olan Tolekan İsmayılova əvvəl nə olusa olsun filmin nümayiş etdiriləcəyini bəyan edib. “Biz radikalların dediyi ilə getməməliyik. Biz mavilər də daxil olmaqla bir neçə qrupun problemləri haqqında danışmaya bilmərik, hansı ki, onlar da bizim aramızda yaşayır və eyni hüquqlara malikdirlər”-deyə o bildirib. Amma nəticədə filmin nümayişi təxirə salınıb.
“Vətəndaşlar korrupsiyaya qarşı” mərkəzi filmin qadağan olunması ilə bağlı məhkəmə qərarindan şikayət edib. Hüquq müdafiəçilərinin fikrincə, qadağan etmək prosedurası Qırğızıstan qanunvericiliyinə ziddir.
/Yensies.ru/