Qırğızıstandan gələn kişi “Şeremetev” aeroportunda güllələndi
Bu gün səhər Şeremetev aeroportunda atışma olub. Naməlum şəxs aerovağzalın D termilanının çıxışında Bişkekdən gələn kişiyə atəş açıb. Yaralanan şəxs xəstəxanaya çatdırılıb. Hadisənin qarət səbəbilə törədildiyi ehtimal olunur.
DİN-nin Mərkəzi Federal dairəsindən verilən məlumatına əsasən “İnterfaks”a daxil olan məlumata görə “Şeremetev” aeropotunda baş verən atışma barəsdində bu gün səhər saat 9:30 radələrində xəbər verilib. Məlumatda bildirilir ki, D terminalı ərazisində naməlum şəxs taksidən Bişkekdən gələn sərnişinə iki atəş açıb”. Nəticədə sərnişin sağ qalıb və güllə yarası ilə xəstəxanaya qaldırılıb.
Əlavə məlumata görə qəsdin qarət məqsədiylə törədildiyi, yaralanan kişinin pulla dolu çantası oğurlandığı bildirilir.
Qırğızıstandan gələn kişi Moskvadakı xəstəxanaların birinə yerləşdirilib. Nəqliyyat polisi cinayətkarın axtarışına başlayıb.
Ayxan Azəroğlu
/Yenises.ru/