Qroznının mərkəzində atışma gedir: Ölənlər və yaralananlar var
Şəhər sakinləri sosial şəbəkələrdə Qroznının mərkəzində atışma getdiyi və atışmada 3 nəfər polis, bir nəfər isə sıravi şəxsin öldürüldüyü haqqında məlumat paylaşıblar.
Qroznının mərkəzində “Nəşriyyat evi”nin yanında güclü partlayış olub, atışma səsləri gəlir. Çeçenistan sakinlərinin sosial şəbəklərdə paylaşdığı məlumata görə dövlət patrul xidməti (DPX) avtomobili partlayıb. 3 nəfər polis, bir nəfər isə sıravi vətəndaş həlak olub. Yaralananlar var.
Dəqiqləşdirilməmiş məlumatlara görə 3 dekabr axşamı gec saatlarda yol hərəkəti təhlükəsizliyi dövlət müfəttlişiyininin (QİBDD) 3 əməkdaşı şübhəli bilinən bir avtomobili saxlamaq istəyiblər. O maşından atəş açılıb. 3 nəfər polis öldürülüb. Polislərdən qaçan bir neçə silahlı “Nəşriyyat evi”nə girərək orada gizləniblər. Hazırda bina əhatəyə alınıb.
/Yenises.ru/