Qüdsi Osmanov Rusiyadakı diasporlarımızın vəziyyəti və AzerRos haqqında danışıb
Son zamanlar mətbuatın gündəmindən düşməyən Rusiyada Azərbaycanlıların federal mədəni milli muxtariyyəti (FMMM) -“ AzerRos” ətrafında yaşanan qalmaqallar getdikcə genişlənir. Bu ilin yanvar ayının 17-də anlaşılmazlıq və daxili narazılıqların pik nöqtəsi olaraq təşkilatın üzvlərinin iki ayrı-ayrı məkanda toplaşaraq növbədənkənar qurultay keçirməyə qərar verməsindən sonra əsəblər daha da tarıma çəkildi. Lakin hələ də ikitirəliyin təşkilatın mənafeyi xatirinə bir rəydə birləşəcəyinə ümid edənlər var..dı. Əlsində var-ı keçmiş zaman sonluğundan ayırmamın səbəbi də bir tərəfin təyin etdiyi qurulyata qalan 2 gündə (fevralın 20-də) müsbət dəyişikliyin olacağına inanmaq istədiyimiz bir ehtimaldır.
Medianı düşündürən mülahizələr və ehtimallara cavab olacaq bəzi açıqlamalarıyla Azərbaycanın Rusiyadakı fövəqladə və səlahiyyətli səfirinin müavini Qüdsi Osmanov medifax.ru saytına veriyi müsahibəsində aydınlıq gətirib.
AzerRos-da baş fikir ayrılıqlarını doğuran səbəblər, gözlənilən nəticələr, Rusiyada diasporlarımızın ümumi vəziyyəti ilə bağlı fikri soruşulan diplomat AzerRos-da yaranan bu xoşagəlməz situasiyanın bu gün deyil, ötən il ərzində başlandığını və davam etdiyinin qeyd edib.
Səfirin müavini “AzerRos” aktivistlərinin adından Rusiyadakı Azərbaycan diplomatik korpusunun rəhbəri səfir cənab Polad Bülbüloğlunun aıdna onlarla şikayət məktubu göndərildiyini bildirib. Məktublarda Abbas Abbasovun onların işinə qarışaraq təşkilatı bəzi adamların əli ilə idarə etdiyi vurğulanıb.
Qüdsi Osmanov əslində AzerRos-un daxilində baş verənləri onların özlərinin həll edəcəyini düşündüklərindən əvvəl buna qarışmamağı qərara aldıqlaırnı söyləyib.
Ötən ilin oktyabrında “AzerRos”-un prezidenti Asif Məhərrəmovun səfirliyə daxil olan rəsmi dəvətinə əsasən Federal şuranın yığıncağında iştirak etdiyini bildirən səfirin müavini orada Azərbaycan cəmiyyətini təmsil edən çox hörmətli və tanınmış adamların toplaşdğını qeyd edib.
Qüdsi Osmanov federal şuaranın iclasında çıxış edərək onlara tələsməməyə, əvvəlcə dialoqlara getməyə, hər kəsi ayrı-ayrılıqda dinləməyə çağırıdığını qeyd edib.
Qüdsi Osmanov bu təşkilatın 10 illər ərzində fəaliyyətindəki uğurlarına toxunaraq, lakin son iki ildə yeni prezident fəaliyyəti ilə onun digər yaxşı işinin də üstündən “olmamış” kimi xətt çəkdiyini təəssüflə bildirib. “İnsanlar ictimai təşkilatlar Rusiyada yaşayan azərbaycanlıların mənafeyinə işləməsini istəyirlər, cəmiyyətin imicinə xələl gətirən konflikli situasiyaların olmasını istəmirlər”.
O bu gün “cibini güdən” adamlarla ictimai cəmiyyəti idarə etməyin mümkünsüzlüynü firkrini də müsahibəsində qeyd edib. Diplomat bu yanaşmanın 90-cı illırin elementi olduğunu diqqət çəkərək,-o zaman diasporu bir adam yönləndirirdi, amma bu gün bu prinsip işləyə bilməz. İnsanlar başqalaşıblar, onlar artlq fərqli düşünürlər,-deyib.
Azərbaycan KİV-də nüfuzlu Azərbaycan diaspor yetkililərinin Abbas Abbasova ünvanlamış müraciətlərdə onu kəskin mühakimə emələrinə münasibətdə, Qüdsi Osmanov buna səbəb Abbas Abbasovun “başqa yolu seçməsini” göstərib.
“Diasporumuzun birliyi naminə dekabrda mən Abbas Abbasovla görüşdüm. Söhbətimiz 3 saata yaxın çəkdi. O zaman ona muxtariyyətin üzvləri ilə dialoq qurmağı məsləhət gördüm. Lakin o başqa yola əl atdı. Mənim və səfirimizin haqqında onun nəzarət etdiyi saytda yalan informasiyalar verildi”.
Səfirin müavini, -düşmən cəbhə-ermənilərin informasiya resurslarının buna istinadən Rusiyadakı diplomatik korpusumuz haqqında çirkin təbliğat aparmağa başladı,-deyə buna belə qiymət verib.
Medifax.ru-ya açıqlamasında Qüdsi Osmanov bu konfliktli situasiyadan çıxmaq yolunu FMMM-in aktivistlərini bir araya yığıb, bütün məsələləri müzakirə edəndən sonra birgə qurultay keçirməkdə gördüyünü deyib. “Bu vahid yoldur”.
“Abbas Abbasov fevralın 20-də FMMM AzerRos-un qurultayını keçiriləcəyini elan edib. Bu nəyə gətirib çıxara bilər?”-sualının cavabında diplomat onları da bir sual düşündürdüyünü dilə gətirib. “AzerRos-da islahat etmək və növbədənkənar qurultay keçirmək istəyən çoxluğun mövqeyi ilə razılaşmamaqda inad edən Abbas Abbasovun fikri nədir?”
Qüdsi Osmanov Abbas Abbasovu 20 fevralda elan etdiyi “qurultayın” heç kimə lazım olmadığını vurğulamaqla, o diasporun birliyi xatirinə ən optimal yol kimi hər iki tərəfin 6 marta təyin olunmuş qurultayda iştirak etməsinin döğru addım olacağını söyləyib.
Tünzalə Vəliqızı
/Yenises.ru/