R. Kadırov: “Novaya qazeta””nın jurnalistləri üçün hər hansı təhlükə yoxdur”
“Novaya qazeta”” adımızla özünü piar edir. Çeçenistanda qeyri-ənənəvi intim orientasiyası olan insanların təqib olunub öldürülməsi faktı yoxdur””.
Çeçenistan Respublikasının başçısı Ramzan Kadirov “”Novaya qazeta””nın ünvanına daxil olan hədələmə xəbərini şərh edərkən belə söyləyib.
Kadırov Çeçenistanda qeyri-ənənəvi intim orientasiyaya malik olanların öldürüləcəyi ilə bağlı “”Novaya qazeta””da verilən məqaləyə görə redaksiyanın əməkdaşlarını hər hansı bir təhlükə gözləmədiyini deyib.
Bu haqda şənbə günü “”Şaşlık-Maşlık”” turizm və atkiv istirahət beynəlxalq festivalında bildirib.
“”Onlar üçün heç bir təhlükə yoxdur və ola da bilməz… Bizim mentaliteimiz fərqli, həyata baxışımız müxtəlifdir, belə bir hadisə və ya xəbər olmadığı halda, bizi bu obazda təqdim edənlər, sadəcə bununla özlərini reklam edirlər”” ,-deyə Ramzan Kadırov qeyd edib.
Xatırladaq ki, apelin əvvəlində “”Novaya qazeta””da dərc olunan məqalədə qeyri-ənənəvi intim orientasiyası olan insanların respublikada saxlanılıb öldürülməsi faktından bəhs edilirdi. Bu məqalədə redaksiya hüquq-mühafizə orqanlarında olan anonim mənbəyə və adı çəkilməyən zərərçəkənə istinad etmişdi. Çeçenistan başçısı yanında insan haqları və vətəndaş cəmiyyətinin inkişafı şurasının yoxlamasından sonra bu məlumat öz təsdiqini tapmamışdı.
/Yenises.ru/“