Ramiz Abutalıbov-75


***

“Mən kasıb gəncliyimin istənilən dövrünü şirin xatirə kimi əzizləyirəm”.

Cəfər Sadığın Ramiz Abutalıbovla blits söhbəti:

-Sevdiyiniz rəng?
–Ağ və qara.
-Yemək?
-Plov.
-Musiqi?
-Muğam və caz.
Nəqliyyat?
-Trolleybus.
-Şəhər?
-Paris.
-Ölkə?
-Azərbaycan, Fransa, Rusiya. Bu ardıcıllıqla.
-Şair, yazıçı?
-Ramiz Rövşən, Heminquey.
-İnsanlarda ən çox dəyər verdiyiniz cəhət?
-Sədaqət, vəfalılıq.
-Sevmədiyiniz xasiyyət?
-Diqqətsizlik, laqeydlik, biganəlik.
-Bağışlaya bilməyəcəyiniz xəta?
-Xainlik.
-Yuxularınız yadda qalırmı?
-Qalır. Son vaxtlar cavan vaxtlarım yuxuma girir.

Gəncliyinizin hansı çağına daha çox qayıtmaq istərdiniz?
-Heminqueyin bir əsəri var, adını rusca bir az fərqli tərcümə ediblər: mənası “həmişə səninlə olan bayram” kimi səslənir. Əsər belə başlanır: Əziz oxucu. Bir vaxt gənc idin, kasıb idin, Parisdə yaşayırdın və ən xoşbəxt adam idin.” Mən də o kasıb gəncliyimin istənilən dövrünü şirin xatirə kimi əzizləyirəm.

-Gənclər qarşısında çıxış eləməli olsanız onlara nə tövsiyə edərdiniz?

-Ardıcıllıq, mətinlik, qarşıya qoyulan məqsədə nail olmaq, yorulmaq bilmədən çalışmaq.

-Yadınızda qalan gülməli vəziyyət varmı?

– Bir gündə məni pərt, narahat və heyrətli vəziyyətə salan üç gülməli xatirəm var. 1971-ci il dekabrın 16-da Parisə gəlişimin ikinci günü idi. O vaxt SSRİ-də mehmanxanada, iş yerində telefonla danışmaq adi şeydi. Otelin geydiyyat şobəsində “zəng edə bilərəmmi?” deyə soruşdum. “Olar” dedilər. Bir dəqiqə danışıb təşəkkür edib getmək istəyirdim ki, məni geri çağırdılar: “Müsyö, bəs pulu niyə ödəmirsiz?” Pərt oldum. Bu kapitalizmlə ilk “görüşüm” idi. Çıxıb çörək almağa getdim. Müxtəlif çeşidli çörəklərə baxa-baxa satıcıdan soruşdum: çörək təzədir?” Özünü təhqir olmuş sayan satıcı az qaldı məni döysün. Üçüncüsü də ət dükanında SSRİ-də tanışlıqla, arxa qapıdan aldığımız “ağ ət”in qalaq-qalaq yığılması idi.

-Xoşbəxtliyi nədə görürsünüz?

-Allah mənə nəticə görməyi nəsib edib, bü—xöşbəxtlikdir.

***

Cəmil HƏSƏNLİ “ Bulanıq tarixdə güclə sezilən bir işıq” ( azadliq.info)

Ramiz Abutalıbov-75Oktyabrın 27-də Azərbaycan milli fikir tarixində böyük rol oynayan fədakar bir insanın, Ramiz Abutalıbovun 75 yaşı tamam olur. Bu yubiley ilində Ramiz müəllimin keçdiyi həyat yoluna baxanda adamı heyrət bürüyür. Bir ömürdə bu qədər xeyirli əməli öz həyat tarixçəsinə yazmaq çox az adamlara nəsib olub. Sözün tam mənasında Ramiz Abutaliıbov canlı bir tarixdir. O, tarixin içində yaşayır və içində olduğu tarixi də özü ilə bərabər yaşadır. Özü də, 75-i haqlayan yaşının bu çağında yorulmadan, dinclik bilmədən, hay-küy salmadan, ən gərgin anlarda belə təmkinini pozmadan sadə bir həyat yaşayır, tarixə bələdçilik edir.

Tarixin yükünü çəkən, onu çiyinlərində aparan və bu yükün ağırlığından dizləri bükülməyən Ramiz Abutalıbovun keçdiyi həyat yolu vətənə xidmətin, milli mənəvi yaddaşa sonsuz məhəbbətin təkrarsız bir nümunəsidir. Tarixə nümunə vermək hər adamın işi deyil. Ramiz Abutalıbov Sovet dövründə vətənə xidmət etməyin nümunəsini verdi. Bu gün çoxlarının öz sovet dövrü keçmişini gizlətdiyi, həmin dövrdəki əməllərinin xəcalət tərini sildiyi bir vaxtda Ramiz Abutalıbov o illərin qürurunu yaşamaq haqqına malikdir.

***

Ömer ÖZCAN “Ramiz Abutalıbov 75 yaşında” (EKİM 2012 • TÜRK YURDU dərgisi)

Ramiz Abutalıbov-75Sovyet sistemi içinde uzun süre yaşayan Türk cumhuriyetlerinde sosyal hayat, rejimin hâkim unsuru Rusların dâhil oldukları kültür çerçevesinden belirli ölçüde etkilenmiştir. Doğum, evlenme yıldönümleri gibi kişinin hayatındaki
önemli günlerin teferruatlı olarak kutlanması gelenek haline gelmiştir. Bunların yanında tanınmış cemiyet adamları, sanatçılar belirli yaşlara ulaştıklarında kutlama merasimleri yapılır. Bazıları için devlet yönetimince önceden çıkarılan bir emirle yapılacaklar, takvime bağlanır. Benzer kutlamalar ebediyete intikal eden kültür adamları içinde yapılmaktadır.

27 Ekim 1937 tarihinde doğan Azerbaycan’ın değerli kültür adamlarından Ramiz Abutalibov, 75. yaşını idrak etmektedir. Abutalibov, mütevazı kişiliğiyle daima gölgede kalmaya özen göstermekle birlikte Azerbaycan’ın kültür hayatına önemli hizmetlerde bulunmuştur ve çalışmalarını aralıksız olarak sürdürmektedir.

Ramiz Bey, Azerbaycan’ın yakın dönem siyasi hayatında önemli roller oynayan siyasi muhaceretin yaşayan fertleriyle kurduğu ilişkiler, onlar hakkında matbuatta neşrettiği makalelerle kamuoyunun dikkatini çekmiştir. 1993 yılında Haydar Aliyev, Fransa’ya yaptığı ilk resmi ziyaret esnasında Topçubaşı ailesi fertlerinin medfun bulundukları Paris yakınındaki Saint Cluny kasabası mezarlığına da gitti. Topçubaşı’nın bu şehrin Rue Decamps Sokağında ikamet ettiği binanın ön cephesine hatıra levhasının konulması, Fransa’nın hürriyeti uğruna hayatlarını vermiş Azerbaycanlılar adına Rodez şehrinde bir anıtın dikilmesi, Ekber Ağa Şeyhülislamov’un mezarının yapılması onun gayretleri sonucu gerçekleşmiştir. Ramiz Bey, Azerbaycan’ın yakın dönem siyasi hayatında önemli roller oynayan siyasi muhaceretin yaşayan fertleriyle kurduğu ilişkiler, onlar hakkında matbuatta neşrettiği makalelerle kamuoyunun dikkatini çekmiştir. 1993 yılında Haydar Aliyev, Fransa’ya yaptığı ilk resmi ziyaret esnasında Topçubaşı ailesi fertlerinin medfun bulundukları Paris yakınındaki Saint Cluny kasabası mezarlığına da gitti. Topçubaşı’nın bu şehrin Rue Decamps Sokağında ikamet ettiği binanın ön cephesine hatıra levhasının konulması, Fransa’nın hürriyeti uğruna hayatlarını vermiş Azerbaycanlılar adına Rodez şehrinde bir anıtın dikilmesi, Ekber Ağa Şeyhülislamov’un mezarının yapılması onun gayretleri sonucu gerçekleşmiştir.

***

Ədalət TAHİRZADƏ “Xəzinə-adam” (525.az)
Ramiz Abutalıbov-75
Doğrudur, mən arxivlərdə çalışmağa üstünlük verirəm, ancaq Ramiz bəyin buna elə də ehtiyacı yoxdur, çünki onun özü ən etibarlı arxivdir, ən qiymətli sənədlər xəzinəsidir. Mənim günlərcə, aylarca çalışıb əldə edə bildiyim bilgilərin əksəriyyəti çoxdan Ramiz bəyin yaddaşındadır. Bu gün əzabla axtardığım insanların çoxunun ya özüylə, ya da övladlarıyla şəxsən görüşüb, onların öz ağzından həqiqətləri eşidib, öz əlləriylə verdiyi sənədlərin əslini toplayıb, onları göz bəbəyi kimi qoruyub və Vətənə gətirərək doğma xalqının malı edib. Böyük bir araşdırıcılar kollektivi onun Fransadan toplayaraq Azərbaycana qaytardığı yarım ton ağırlığında tarixi sənədlərdən yaranmış arxivi (təəssüf ki, bu sənədlər bir neçə arxivə səpələnib) on illərcə araşdırsa yenə azlıq edər. Millətimizin tarixinin ən ağrı-acılı dönəmini – Azərbaycan siyasi mühacirətinin tarixini Ramiz Abutalıbovun arxivi olmadan öyrənmək, sadəcə, mümkün deyil.

***

Cəfər SADIQ “Ramiz müəllim” (yenises.ru)

Ramiz Abutalıbov-75Əməllərindən mümkün qədər çox adamın xəbərdar olmasını istədiyim insanlar barəsində yazı hazırlayanda ilk növbədə onu başqalarından seçən cəhəti axtarır, bayağı tərif, yorucu təkrarlardan, sönük epitetlərdən qaçmağa çalışıram. Bu dəfə isə məsələ tamamilə başqa cürdü. Hansı təyinin, hansı sifətin qəhrəmanıma daha çox yaraşdığını kəsdirə bilmirəm. Hər təyin o birindən çox yaraşır.Tərəddüdlərim qəribə qərara gətirib çıxartdı məni. Gördüm ki, Ramiz Abutalıbovu tanıtmaq üçün dilimizdə o qədər söz var ki, bir yazıya sığışdırmağa oğul istəyir. Eləmədim tənbəllik, aldım əlimə ana dilimizin əlifbasını və yuxarıdan aşağıya yol başladım.

***

Və sonda…

Elə insanlar var ki, söz nə qədər qüdrətli olsa da, Onun qüdrətini sözə sığışdırmaq olmur. Bu gün 75 yaşı tamam olan Ramiz Abutalıbov haqqında Cəmil Həsənlidən, Ədalət Tahirzadədən, Ömer Özcandan və başqalarından atrıq söz demək də mənim həddimə deyil. Əlifbanın bütün söz yaradan hərflərində A-dan Z-yə Ramiz müəllim haqqında Cəfər Sadığın onun keyfiyyətlərinin sözlə şəklini cızdığının fonunda nə desən, nə yazsan yenə azdır.

Ramiz müəllimi tarixin hansısa şəxsiyyətinə, ədəbiyyatın hansısa personajına bənzətmək istəsən, oxşar talelərin fərqli çalarlarında üç 25-lik ömrünün hər üç ayrımında “göydən düşən üç alma”dan üç kəsimə pay olan kimi onun da həyatında üç nəslə örnək olacaq məqamlar var. Gəncliyində ahıllıq, ahıllığında gənclik həvəsi və bu ikisinin arası- əsrin yarısı olan 50-sində sağını-solunu yerbəyer edə bilmək müdrikliyi ki, bu də ona xasdır.

Ramiz Abutalıbovu 75 illik yubileyi münasibətilə kollektivimiz adından təbrik edirik!

Tünzalə VƏLİQIZI, Moskva
27.10.2012


Bir cavab yazın