Ramzan Kadırov: “Bəlanın kökünü Amerikada axtarmaq lazımdır”


Ramzan  Kadırov: “Bəlanın kökünü Amerikada axtarmaq lazımdır”
Ramzan Kadırov Boston terroru ilə bağlı Çeçenistanın adının hallanmasına “Instagram” sosial şəbəkəsindəki səhifəsindən münasibət bildirib.

“Tsarnayevlər günahkar olsalar belə, Çeçenistanla onlar arasında hər hansı bir bağlılıq cəhdi axtarmaq faydasızdır. Onlar ABŞ-da böyüyüb, onların baxışları və əqidələri orada formalaşıb. Bəlanın kökünü orada axtarmaq lazımdır-deyə bəyan edib Ramzan Kadırov. -Terrorizmlə bütün dünya ilə birgə mübarizə aparmaq lazımdır. Bunu biz başqalarından yaxşı bilirik. Bütün zərərçəkənlərə saglıq arzulayır, amerikalıların kədərini bölüşürük”

Çeçenistan lideri tələsik nəticə çıxarmamağa çağırıb və Tsarnayevlərin suçuna münasibətdə Amerika hökümətinin versiyalarını şübhə altına alıb.

“Bu gün KİV-in məlumat verdiyi kimi, Tsranayevi tutmaq istəyərkən o öldürülüb. Əgər onu tutub, istintaq edib, bütün vəziyyəti öyrənib suçunun dərəcəsini aydınlaşdırsaydılar daha məntiqli olardı. Görünür, xüsusi xidmət orqanlarına nəyin bahasına olursa-olsun cəmiyyəti sakitləşdirmək üçün nəticə lazım imiş”-deyə Kadırov qeyd edib.

Leyla
/Yenises.ru/


Bir cavab yazın