Ramzan Kadırov öz Instagram səhifəsindən hamını iPhone-dan imtina edib YotaPhone 2-yə keçməyə çağırıb.


Ramzan Kadırov öz Instagram səhifəsindən hamını iPhone-dan imtina edib YotaPhone 2-yə keçməyə çağırıb.
Çeçenistan prezidenti xarici telefon və sosial şəbəkələrdən imtina edib öz telefon və şəbəkələrimizdən istifadə etməyə çağıran fikirilərini elə xarici Instagram şəbəkəsindən paylaşıb.

YotaPhone2 telefonunu ona tanınmış jurnalist Tina Kandelakinin pay verdiyini yazan Çeçenistanın ölkə başçısı çoxdandır onu almaq arzusunda olduğunu qeyd edib.

“Tina Kandelaki mənə çox gözəl bir hədiyyə etdi. YotaPhone2 təkmilləşmiş unikal və analoqu olmayan bir modeldir. Onun vərdiş etdiyimiz ekranından başqa ikinci bir ekranı da var. O elektron mürəkkəb (çernil) texnologiyası ilə hazırlanıb. Həmin yerə məlumat, xəbər, məktub yükləmək, hətta kitab oxumaq, mətn yazmaq belə olar. Gözəl və keyfiyyətı olan bu smartfonu əldə tutmaq belə xoşdur. Mən artıq YotaPhone-dan istifadə etməyə başlayıram. Bunu təkmiləşdirənlərlə qürur duyuram!”

Ramzan Kadırov bundan sonra iPhone deyil, yerli istehsal olan YotaPhone almağı məsləhət gördüyünü İnstagram paylaşmasında qeyd edib. O, Rusiyanı düşmən sayan Amerikanın malını alıb onun iqtisadiyyatına xeyir verməməyə çağırıb.

Həmçinin bütün Rusiyanın ABŞ-ın sosial şəbəkəsində oturduğuna da toxunaraq, vkontakte.ru sosial şəbəkəsinin heç də ondan pis olmadığını vurğulayıb. Kadırov “Vətənpərvərlik, Vətənə məhəbbət əməldə özünü göstərməlidir. Təkcə sözdə kifayət deyil!”, -yazıb .

Lenta.ru saytı qeyd edir ki, Kadırov əvvəlcədən də YotaPhone almaq fikrində olduğu haqda məlumat vermişdi. O, bu fikrə Çin Xalq Respublikasının sədri Si Tszinpinə Rusiya prezidenti Vladimir Putin YotaPhone bağışlayandan sonra düşmüşdü. YotaPhone2-nin rəsmi satışına bu ilin dekabrında başlanacağı gözlənilir. Lakin satış tarixi hələ dəqiqləşdirilməyib.

/Yenises.ru/


Bir cavab yazın