RATİ gənclərlə birgə “Həyat bəxş elə!” xeyriyyə aksiyası keçirtdi
RATİ və AzerRos xeyryyə konsertində Naza Əliyeva və Roza Maqomayevanın müalicəsi üçün lazım olan maliyyə xərclərini öz boynuna götürdü.
Gənclərin çağırışı və təşəbbüsü ilə “Həyat bəxş elə” şüarı altında keçirilən tədbir gənc ifaçıların konsert proqramı ilə müşaiyət olunurdu. Xeyriyyə konserti Moskvada “Mir” konsert zalında düzənlənmişdi.
“Uşaqlar bizim bu günümüz və gələcəyimizdir. Uşaqlar-bu bizik! Uşaqlar yad ola bilməz! Onlar hamısı bizimdir və onların hər birinə qayğı və mehribanlıq gərəkdir. Xəstə uşaqlara isə Sizin köməyiniz lazımdır!”
”Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ), Azərbaycanlıların Federal milli-muxtariyyəti (AzerRos), “Birlik” və Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondlarının birgə təşkil etdiyi xeyriyyə konserti bu çağırışla başladı.
Həyatın qayğısız çağlarını yaşamaq haqqını xəstəlik əlindən alan, üzlərindıki təbəssümlə ailələrinə sevinc bəxş etməliykən kədər verən uşaqlara o sevincini qaytarmaq təşəbbüsündən yol alan tədbirin əsas məqsədi bu idi.
“Bu gün bu zalda toplaşanların əksəriyyəti gənclərdir və onların özlərinin təhsillərini davam etdirməyə, başa vurmağa ehtiyacları var. Əslində giriş qapısında olan yardım qutusuna atılacaq cüzi pullar simvolik xarakter daşıyır və xeyriyyəçilik addım atmaq istəyənlərə səslənişdir”.
Tədbiri açan aparıcılar xeyriyyə konsertindən əldə olunan vəsairtin ağır xəstə olan uşaqların müalicəsinə xərclənəcəyini bildirərək, RATİ-nin və Azerros Ağsaqqalar şurasının sərdi Abbas Abbasovu səhnəyə dəvət etdilər.
Abbas Abbasov keçirilən tədbririn əhəmiyyətini vurğuluyaraq bu problemlər hər bir azərbaycanlını narahat etdiyini söylədi. O, RATİ və AzərRos-un başlıca məqsədinin öz ətrafında təkcə imkanlı adamları və gəncləri deyil, biütün xalqı yumruq kimi bir bayraq altında birləşdirmək olduğunu söylədi.
“Azərbaycanlıların xeyriyyə tədbiri təkcə azərbaycanlı xəstə uşaqlara deyil, milliyətindən asılı olmayaraq xəstəliyin caynağında əziyyət çəkən bütün uşaqlara tətbiq olacaq”- deyən Ağsaqqalar Şurasının sədri burada yaşayan azərbaycanlıların qonaq olmadığını, onların ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etdiyini vurğuladı.
“Azərbaycanlılar burada adi insanlar kimi yaşamayıb, Sabir Orucov, Tümen neftini kəşf edən həmyerlimiz Farman Salmanov kimi insanlarımız xalqımızı şərəflə təmsil ediblər”-dedi A. Abbasov.
“Bizim xalq xeyirxah xalqdır, onun xeyirxah ənənələrini H.Z. Tağıyev, M. Nağıyev, M. Muxtarov, Ş. Əsədullayev, Aşurbəyov sülaləsinin timsalında yaşadan və təcrübə qoyub gedənlər olub. Bu gün də Rusiyada onaların xeyirxah əməllərini davam və xalqımızı layiqincə təmsil edən Vahid Ələkbırov, Araz Agalarov, Telman İsmayılov, İskəndır Xəlilov kimi xeyriyyəçilərimiz var”.
Abbas Abbasov onu da qeyd etdi ki, RATİ və Azerros bu xətti davam etdirmək niyyətinddir. Artıq kompleks şəklində müxtəlif təbdirlərin keçirilməsi planlaşdırılıb ki, bunun da ən əsas qayəsi kimsəsiz, xəstə, şikəst uşaqlara, istedadlı gənc tələbələrə yardım etmək təşkil edir.
Yaxın günlərdə Fond yaradılıb ora vəsait keçirilməsini planlaşdırılmasından da danışan A. Abbasov bu fonda pul ayırmaqla yuxarıda adıçəkilən ehtiyacı olanlara kömək edıləcəyini də gənclərə bildirdi.
Konsertin aparıcıları Sara Əliyeva və Rəşid İsmayılov zaldakılara 9 yaşlı Naza Əliyevanın Praqada və görmək qabiliyyətini itirmək təhlukəsinə məruz qalan Roza Maqomayevanın müalicə xərclərini ödəmək üçün yardıma ehtiyacları olduğunu elan edərək, ( Naza Əliyevanın ilkin müalicə xərcləri üçün 600 min rubl, Roza Maqoemayevanın müalicəsi üçün isə 130 min rubldan 230 min rubla qədər vəsait lazımdır) bu uşaqlara hər kəsin qəlbindən nə qədər keçirsə , o qədər miqdarda kömək etmələrini xahiş etdilər.
Xeyriyyə aksiyasına yönəlmiş konsert proqramında gənclər təşkilatını təmsil edən Tverdən olan rəqs ansablı, Rüfət Əliyev, Elgün Bədəlov, Mahnur Sofiyeva, Rovşən Elçiyev, Azad İmanov, Orxan Türkoğlu, Orxan İsmayılovun çıxışalrı maraqla qarşılandı. Əməkdatr artist tarzən Qorxmaz Axundov, virtouz skripkaçı Anar Yusoifov öz ifaları ilə tamaşaçıları sehrlədilər.
Tədbirin sonunda yenidən səhnəyə dəvət olunan Abbas Abbasov “Gənc olduğunuz üçün bir az Sizə qibtə etdim” –deyə gənclərin konsertinin alındığını bildirdi və onları təbrik etdi. O, bu konsertdə nə qədər vəsait toplanmasından asılı olmayaraq RATİ və Azerros Naza Əliyeva və Roza Maqomedova üçün gərək olan vəsaiti öz böynuna götürüb və onlar üçün bu yardımın ayrılacağına söz verdi.
RATİ sərdi “Həyat bəxş elə!” adı altında keçirilən xeyriyyə tədbirində gənclərin iştirakını xeyirxah işin başlanğıcı kimi dəyərləndirərək, bu konsertlərin ənənəvi olacağına umidvar olduğunu dilə gətirdi.
Xeyriyyə aksiyasında RATİ sədri Abbas Abbasov, AzerRos-un prezidenti Asif Məhərrəmov , “Birlik” təşkilatının, AMİİF-nun nümayəndələi iştirak edirdilər.
Tünzalə Vəliqızı
/Yenises.ru/