Reuters: Airbus 321 təyyarə qəzasını İŞİD öz üzərinə götürüb


Reuters: Airbus 321 təyyarə qəzasını  İŞİD öz üzərinə götürüb
“İslam dövləti”” Aamaq informasiya agentliyi vasitəsilə Airbus 321 təyyarəsinin qəzasına cavabdehliyi öz üzərinə götürüb. Bu xəbəri Reuters agentliyi də öz saytında yerləşdirib.

Lakin bu informasiya rəsmi təsdiqini tapmayıb. O da məlumdur ki, İŞİD yaraqlılarının o yüksəklikdə uçan təyyarəni vura biləcək silahları yoxdur.

Rusiya Nəqliyyat nazirliyi bu xəbəri təkzib edib. Təyyarənin terrorçular tərəfindən zenit raketi ilə vurulması versiyasının yanlış olduğu bildirilib. Nəqliyyat naziri Maksim Sokolov Misir höküməti ilə daima təmasda olduğunu və onların bu xəbəri təsdiqləmədiyini deyib.

Bundan əvvəl Şimali Sinay regionunun təhlükəsizlik xidməti əsas versiya olaraq Misirdən Sankt-Peterbuqra uçan Airbus 321 sərnişin təyyarəsinin qəzaya uğramasına texniki nasazlığın səbəb ola biləcəyini bəyan etmişdi.

“”Koqalımavia”” hava şirkətinə məxsus Airbus 321 laynerinin Şərm-Əl-Şeyxdən Sankt-Peterburqa istiqamət götürən 9268 saylı reysi Misirdən səhər saat 06:51-də uçmüş və ondan sonra Kiprin Larnak hava ərazisində radardan itmişdi. Təyyarənin göyərtəsində 7 ekipaj üzvü və 217 sərnişin olub. Rusiyanın Misirdəki səfirliyindən verilən məlumata görə təyyarədə olan bütün sərnişinlər həlak olub.

/Yenises.ru/


Bir cavab yazın