Rospotrebnadzor azərbaycanlıların işlədiyi “Sadovod” bazarını bağladımı?


 Rospotrebnadzor azərbaycanlıların işlədiyi   “Sadovod”  bazarını bağladımı?
Rusiaya istehlakçılara nəzarət komitəsi (Rospotrebnadzor) “Sadovod” bazarında apardığı yoxlama nəticəsində istehlakçıların hüququnun qorunması sferasında qanunvericiliyin və həmçinin sanitar-epidemiloji tələblərin pozulduğunun aşkar edildiyini üzə çıxarıb.

“Sanitar normaların və Açıq Səhmdar Cəmiyyətlərə (ASC)münasibətdə qaydaların kobud şəkildə pozulduğu aşkar edilərək inzibati qanunpozuntuları barədə protokol tərtib edilib. Rospotrebnadzorun Moskva şəhəri üzrə yetkililəri daxili işlər idarəsinin Şərq dairəsindən olan polis orqanları ilə birlikdə prosessual qaydada bazarın müvəqqəti bağlanması və qapılarının möhürlənməsi əməliyyatını həyata keçirirlər” –deyə İnterfaks məlumat verib.

“Bazarın inzibati qaydada fəaliyyətinin dayandırılması üçün inzibati pozuntular haqqında protokol məhkəməyə göndəriləcək”. “Sadovod” ticarət mərkəzinin mətbuat katibi Nadejda Spiridonova “İnterfaks” agentliyinin əməkdaşı ilə söhbətində belə deyib.

Onun sözlərinə görə hazırda “Sadovod” ticarət mərkəzi adi qaydada işləyir və üçüncü gün (bu gün) də işləməyə davam edəcək.

Xatırladaq ki, Qod Nisanov ve Zarax İliyevə məxsus olan “Sadovod” ticarət mərkəzindən başqa “Evropeyski” ticarət mərkəzi, “Ukrayna” mehmanxanası və VVS-nin (Ümumrusiya Sərgi Mərkəzi) bərpa edilməsinə qoyulan vəsait də onlara aiddir.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın