“Rossiya Seqodnya”” və “”RIA Novosti Ukrayna”” Ukraynada qapadıldı”
“Rossiya Seqodnya”” və “”RIA Novosti Ukrayna”” informasiya agentlikləri Kiyevin sanksiyalar siyahısına daxil edilib. Hazırda hər iki sayt Ukraynanın ərazisində bağıanıb. Bu barədə məlumat ölkənin prezidenti Petro Poroşenkonun saytında yerləşdirilib.
“”RİA Novosti””nin yazır ki, sanksiyalar üç il müddətində qüvvədə olacaq və agentliyin aktivləri və veb saytları bloklanacaq. Ukrayna provayderləri Ria.ru, Russiasegoda.rf, Sputniknews.com, 1prime.ru, Rsport.ria.ru, Realty.ria.ru və rian.com.ua saytlarına girişi də məhdudlaşdırmağa hazərlaşır.
“”RİA Novosti Ukrayna”” agentliyinin baş redaktoru Kirill Vişinski mayın 15-də Kiyevdə Ukrayna təhlükəsizlik şurası (SBU) tərəfindən saxlanılıb. Bundan sonra Ukrayna təhlükəsizlik qüvvələri mərkəzi ofisdə və agentliyin mətbuat mərkəzində, eləcə də bir neçə jurnalistin mənzillərində axtarış aparıblar. SBU Rusiya Federasiyasının nəzarətində olan Rusiya mətbuat şəbəkəsinin əaliyyətindən “”Ukraynaya qarşı hibrid informasiya müharibəsi”” aparmaq üçün istifadə edildiyini aşkarlaydığını bəyan edib.
Hazırda jurnalist dövlətə xəyanətdə şübhəli bilinərək iki ay müddətinə həbs edilib, onun müdafiəçiləri bu qərara etiraz etmək niyyətindədir. Vişinski Xerson şəhərinin həbsxanasında və Ukraynanın ombudsman ofisinin nümayəndələri tərəfindən iki dəfə ziyarət edilib. Vəkillərin sözlərinə görə onun vəziyyəti qənaətbəxşdir.
Yenises.ru“