Rovşən Lənkəranski ilə İstanbulda hesablaşma olubmu, olmayıbmı?
Yanvar ayının 16-da Ded Hasan ləqəbli kürd əsilli “qanuni oğru” Aslan Usoyanın ölüdürlməsini təşkil etdiyi iddia edilən Rövşən Caniyevin (Lənkəranski) İstanbulda öldürülüdüyü xəbəri yayıldı.
Usoyanın restoranın çıxışında killer tətəfindən güllələnməsindən sonra Rusiya KİV-ində bu sui-qəsdin arxasında Rövşən Lənkəranskinin ola biləcəyi iddia edilmişdi.
Lifenews.ru saytına Rusiya xüsusi xidmət orqanlarından daxil olan məlumata görə Rövşən Lənkəranskiyə 4 gün əvvəl İstanbulda sui-qəsd edilib. Onu çoxlu sayda cangüdənlər qorusa da killer Rövşəni və cangüdənlərdən birini vura bilib. Mənbənin söylədiyinə görə Rövşən Lənkəranski aldığı yaradan İstanbul xəstəxanalarının birində ölüb.
Rusiya xüsusi xidmət orqanları informasiyanın rəsmən təsdiqlənməsi üçün Türkiyə xüsusi xidmət orqanlarına bu barədə sorğu göndərib.
Bundan əlavə Rusiya KİV-i yanvarın 28-də Rövşən Lənkəranskinin sağ əli sayılan Rufat Nəsibovun (Gəncinski) Moskvanın Otradnoye rayonunda öldürülməsi haqqında məlumat vermişdi. Rüfət Gəncinskini öldürdükdən sonra meyidini maşına qoyub naməlum istiqamətə aparıldığı da söylənmişdi. Lakin Rusiya hüquq-mühafizə orqanları yanvarın 28-də paytaxtın Otradnoye rayonunda belə bir hadisənin qeydə alınmadığını bildiriblər.
“Bizimkilər Rufanın öldürülməsini yüz faiz təsdiqləsələr də Azərbaycanın kriminal avtoritetləri bunu təkzib edirlər”- Lifenews.ru-ya xüsusi xidmət orqanlarından olan mənbə deyib.
Bu arada Rövşən Caniyevin qardaşı Namiq Canıyev qardaşına sui-qəsd edilməsi xəbərinin yalan olduğunu bildirib. O, Rövşənin Dubayda olduğunu, onunla hər gün telefon əlaqəsi saxladığını söyləyib. “Bu şaiələri kim çıxardır, bilmirəm”-deyib Natiq Canıyev.
Livenews.ru-ya danışan mənbə Azərbaycan kriminal klanı liderlərindən birinin öldürülməsi xəbərinin inkar edilməsini digər “qanuni oğru”ların vahiməyə düşməməsi ilə bağlayır.
Rövşən Lənkəranski ilə kimin hesablaşdığı haqqında isə dedektivlər dəqiq bir söz deyə bilmirlər. Bir tərəfdən onun öldürülməsində Ded Hasanın varisi maraqlıdır. Bir versiyaya görə isə İstanbuldakı atışmanın arxasında “qanuni oğru” Merab Canqveladzenin (Merab Suxumski) adamları dayanır. O bununla Ded Hasanın klanı ilə barışa və çoxdankı düşmənçiliyə son qoya bilər.
/Yenises.ru/