Rubin klubunun prezidenti istefa verdi!
Rusiya Premer Liqasında iştirak edən Kazanın “Rubin” komandasının prezidenti Dmitriy Samarenkin tutduğu vəzifədən könüllü olaraq istifa verib. Klubun Qeyyumlar şurası istefanı qəbul edib və Valeriy Sarokin klubun yeni prezidenti təyin edilib.
Xatırladaq ki, Dmitriy Samerenkinlə “Rubin” klubunun baş məşqçisi Türkmənistanlı mütəxəssis Qurban Berdiyev arasında fikir ayrılığı hökm sürürdü və hətta Qurban Berdiyevin postundan göndəriləcəyi barədə xəbərlər də Rusiya mətbuatında yayılmışdı.
Ramin Kazımov
/Yenises.ru/