Rublu atdan salıb, Rusiya iqtisadiyyatını ata mindirmək…
RF Mərkəzi Bankının birinci müavini Aleksey Ulyukaev hesab edir ki, rublun zəifləməsi Rusiya iqtisadiyyatına kömək edə bilməz.
Hələ keçən həftə RF Maaliyyə naziri Anton Siluanov bəyan etmişdi ki, iqtisadi artıma təkan verməkdən ötru hökümət üsul axtarır və bunu rublun kursunun zəifləməsi hesabına etmək istəyir. Onun sözlərinə görə, Maaliyyə nazirliyi dövlət fondunu artıqmaq uçün daxili bazarda xarici valyuta almağa avqust ayından başlamışdı, o da kursu 1-2 rubl zəiflətmişdi.
Peterburq Beynəlxalq İqtisadi Forumunun kuluarında Ulyukaev jurnalistlərə “Mən belə hesab etmirəm ki, zəif rubl Rusiya iqtisadiyyatına yardım edəcək”-deyib. O rublun zəifləməsini müxtəlif istisadi sektorlara fərqli təsir edəcəyini aydınlaşdırıb.
Nazirin birinici müavini onu da qeyd edib ki, hökümət Mərkəzi Banka rublu zəiflətmək məqsədiylə təzyiq etmir. “Mərkəzi Bank təkcə kağızda deyil, faktiki olaraq da müstəqildir”-deyib Ulyukaev.
Bütün bunlarla yanaşı Mərkəzi Bankın hesabına görə Ruisyada illik inflyasiya iyulun əvvəlinə kimi 7 % azalacaq. “ Mən düşünürəm ki, ildən ilə iyunun göstəricilərinə görə inflasiya 7 % azalacaq və dayancaq ”-deyib, o.
Jurnalistlərin inflyasiya 7%-dən aşağı düşərəs bu kursun enməsinə səbəb olarmı sualına cavabında isə, “Ola bilsin ki, bir neçə əsasda bu sahədə düşünülmüş istiqamətə xidmət edə bilər –deyib. O, dördüncü rübdə illik inflyasiyanın 5-6%-ə girəcəyini proqnozlaşdıranların fikri ilə razılaşdığını da qeyd edib.
Onu da bildirək ki, bu gün Mərkəzi Bankda rublun kursu dollara görə 32,12 rubldur və sabah 32,70 rubl olacaq.
Məhəmməd
/Yenises.ru/