Rublun antirekordu: Dollar 40 rubla yaxınlaşdı


Rublun antirekordu: Dollar 40 rubla yaxınlaşdı
Analitiklər bir yanndan bu teplə yüksələn dolları gələn il 43-45 rubla qədər həddə yaxınaşma gözlədiyini deyirlər. Digər tərəfdən də “qış gəlsin, baxaq dollar soyuğa dayancaqmı?!-ritorikası ilə çıxış edənlər də var. Hələliksə vəziyyət belədir:

Hələ dünənə dolların rubla dəyişdirilməsi qiymətinin 39 rul olması da Rusiya valyuta bazarında rekord idi. Bu gün 39-u yarıdan da keçərək 40 rubla yaxınlaşmaq üzərində. Avro isə 50 rubla çatıb.

Günorta saatlarına kimi dollar 31 qəpik, avro isə 54 qəpik bahalanıb. Hazırda valyuta kursu belədir. Dollar 39,59 rubl, avro 50,06 rubl.

“”Sərmayəçilər bir sıra səbəbdən-ölkədəki geosiyasi durum, Qərb ölkələrinin sanksiya rejimidən tutmuş Ruisya Bankının milli valyutanın dəyişkən kursuna keçməsi siyasətinə kimi- təşviş içərisində rus valyutasından imtina edirlər””-deyə “”Maquta Fond”” ASM-nın aktivlərinin sahibi Platon Maquta qeyd edir.

“”Zenit”” bankın analitiki Vladimir Yevstifeevə “”Rublun zəifləməsinə əsas səbəbi kimi valyutaya real tələbat, alverçi strategiyasını qızışdırma, bundan əlavə ümumdünya tendensiyasına uyğun olaraq iqtisadiyyatın inkişafı fonunda ABŞ Feredal Ehtiyat Fondunda pulun buraxılmasının azalması üzündən riskli aktiv və valyutaladan imtina olunmasını”” göstərir.

“”Rus rublunun vəziyyəti dolların kursu 37,83 rublu keçəndə pisləşdi. İş orasındadır ki, dolların kursu 2009-cu ildə olduğu kimi yuxarı həddin yüksək sərhəddinə çatdı. Neçə illərdir ki, dollar 6,15 rubl diapazonunda gah qalxır, gah düşürdü””-deyə “”Alpari”” bankın analitiki Vladislav Antonov texniki rəsmi belə cızır.
Onun proqnozuna görə rublun hazırkı zəifləmə tempi saxlanarsa, dolların kursu yanvarda 42,8 rubl, mayda isə 45 rubl olacaq.

“”BKS Ekspress bankın analitiki İvan Kopeykin isə təşvişə düşməyə gərək olmadığımnı bildirir. “”Şərait tam tərinə olaraq çox tezliklə dəyişə bilər””-deyir, o.

Kopeykin hesab edir ki, “”Artıq yaxın vaxtlarda Rusiya Mərkəzi Bankının valyuta mudaxiləsini görəcəyik. Sentyabrda rus kompaniyalarına gələn iki aya nisbətən borclarını 2 dəfə çox xarici valyuta ilə ödəmək vacib idi. Ona görə sentyabrın sonunda valyutaya tələbat qəfildən azalacaq. Həmçinin rublun xeyrinə olaraq yaxın həftələrdə qışın yaxınlaşır və ola bilsin ki, bununla əlaqədar neftə tələb artacaq, o da Ukraynada sülhü dəstəkləyəcək””.

/Yenises.ru/


Bir cavab yazın