Ruhani: İran nüvə obyektlərinin sirlərinin açıqlanmasına imkan verməyəcək


Ruhani: İran nüvə obyektlərinin sirlərinin  açıqlanmasına imkan verməyəcək
İran prezidenti Həsən Ruhani rəsmi Tehran MAQATE ilə birgə İranın nüvə obyektlərinin yoxlanmasını təmin edən əlavə protokol çərçivəsində xarici dövlətlərə milli sirrini açımağa icazə verməyəcəyini söyləyib. Bu haqda Reuters məlumat verib.

“İran sözsüz ki, əlavə protokol və ya digər vasitələrlə öz milli sirləriinin əcnəbilərin əlinə düşməsinə imkan verməyəcək””, – Ruhani İranın nüvə obyektlərini daha intensiv yoxlamalara imkan verən mexanizmlərindən danışarkən deyib.

İran Vyanada 2003-cü ildə MAQATE ilə nüvə silahının yayılmaması (NPT) və müqavilə iştirakçılarının nüvə fəaliyyətinin Agentliyin müfəttişləri tərəfindən yoxlanmasını genşləndirən Əlavə Protokol imzalanıb. Lakin bu sənəd İran parlamenti tərəfindən qəbul edilməyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukiya Amano ümidvar olduğunu bildirir ki, MAQATE ilə bağlanmış əlavə protokola İranın əməl etməsilə bərabər, bura ölkənin nüvə proqramını nizamlanması razılaşması da daxil ediləcək.

Şənbə günü Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, “”Altılar””- beynəlxalq vasitəçilər (Rusiya, Çin, Almaniya, Fransa, Böyük Britaniya, ABŞ) və İran hərtərəfli saziş əsasında İranın nüvə dosyesi probleminin nizamlanması üzərində işləri davam etdirir.

“”Altılar”” və İran aprelin 2-də uranın zənginləşdirilməsinin üçdə ikisinin on il dayandırılması haqda razılıq əldə etmişdilər. Bundan əlavə, İran 25 il müddətinə uranın zənginləşdirilməsi proqramını beynəlxalq nəzarət altında olmasına təminat verməyə razılaşıb.

“”Altılar”” və İran 30 iyuna kimi nüvə proqramı ilə bağlı sazişə nöqtə qoymalıdır. Eyni zamanda, əldə edilmiş razılaşmalara əməl edəiıərsə Avropa İttifaqı İrana qarşı sanksiyaları dayandıracaq. ABŞ İran öhdəlikləri yerinə yetirdiyi i təqdirdə ona qarşı sanksiyaları dayandıracağını bildirib.

/Yenises.ru/


Bir cavab yazın