Rus biznesmen Kriştian Ronaldoya 100 milyon avro təklif edir


Rus biznesmen Kriştian Ronaldoya 100 milyon  avro  təklif edir
Əgər bu anlaşma baş turarsa portuqaliyalı futbolçu dünyanın ən bahalı futbolçusu olacaq.

Rusiyalı milyarder Dmitri Ribalovlevə məxsus “Monako” klubu “Real”ın hücumçusu Kriştian Ronaldoya 100 milyon avro təklif edib. Bu haqda “independent” məlumat yayıb.

Hücumçu ilə müqavilə 2015-ilə qədər bağlanıb. Ötən ilin sonunda futbolçu onu pozmaq fikrində omayacağını qeyd etmişdi. Ronaldonun qərarına hətta ona təklif edilən ildə 15 milyon avro əlavə məbləg də ( bu onun əmək haqqından 1,5-dəfə çoxdur) təsir edə bilməmişdi.

Mənbə qeyd edir ki, “Monako” Ronaldonun “Real”la müqavilənin uzadılması danışıqlarını diqqətlə izləyir, əgər iyul-avqust aylarında anlaşma olmazsa, ozaman klub öz “addımını atacaq”.

Rusiyalı biznesmenin klubu portuqaliyalı futbolçuya ildə 20 milyon avro təklif edəcək. Əgər anlaşma baş tutarsa Ronaldo dünyada ən bahalı futbolçu olacaq.

/Yenises.ru/


Bir cavab yazın