Rus general polkovniki İŞİD muzdlularının təşvişdə olduğunu deyir


Rus general polkovniki İŞİD muzdlularının təşvişdə olduğunu deyir
“Yaraqlılaır təşvişə düşüb və yüzlərlə muzdlu fərarilik edir, texniki baza və təhlükəsizlikləri zəiflədilib “”. Rusiya Müdafiə nazirliyi Suriyadakı əməliyyatların yekunu haqqında hesabatında belə deyilir.

RF Silahlı qüvvələri Baş qərargahının baş əməliyyat idarəsinin rəisi Andrey Kartapolov Rusiya hərbi hava qüvvələrinin Suriyadakı keçirdiyi əməliiyyatların birinci günü haqqında hesabat verib. Onun sözlərinə görə Rusiya hərbçiləri yaraqlılar arasında çaşqınıq yaradıb.

“”30 senyabrdan başlayaraq rus aviasiyası Suriya ərazisində İŞİD terror təşkilatının 50 infrastrukturunu zərbə ilə məğlübiyyətə uğradacaq tapşırıqlı 60 təyyarə üçüşü keçirib. Bunlar idarəetmə məntəqəsi, silah və partlayıcı qurğular anbarı, rabitə xəttləri, sui-qəsdçilər üçün silah hazırlayan mini zavodlar, yaraqlıların hazırlanması üçün düşərgələridir. Zərbbələr sutka ərzində davam edib. Qeyd etmək istəyirəm ki, 3 gün ərzində terroristlərin maddi-texniki bazasını yarmağa və onların hərbi potensialını nəzərəçarpacaq dərəcədə aşağı endirməyə nail olmuşuq””-deyə Kartapalov qeyd edib””.

Rus general polkovniki onu da əlavə edib ki, kəşfiyyat yaraqlıların nəzarət etdikləri rayonları tərk etdiklərini qeydə alıb. 600-ə yaxın muzdlu döyüşçü öz müvqelərini tərk edərək Avropaya keçməyə cəhd edirlər. “”Bununla əlaqədar biz aviazərbələrmizi artırmaqla kifayətlənməyəcək, hətta intesivliyini artıracağıq””-deyib Kartapolov.

Əməliyyat idarə rəisi Rusiya aviasiyasının İŞİD-in obyektlərinə zərbə endirəcəyi haqqında ABŞ-ın İrakdakı təhlükəsizlik məsələləri üzrə hərbi attaşesi Xadi Petroya, eyni zamanda təkçə Müdafiə nazirliyinin xətti ilə deyil, eyni zamanda xarici işlər nazirliyi səviyyəsində də xarici həmkarlarımıza məlumat vermişdik. “”Bu əlaqələr əhatəsində biz onlara məsləhətçiləri və təlimçilərini, amerika vergiödəyələrinin pulları hesabına hazırlanmış qiymətli əməkdaşlarını çıxarmalarını tövsiyyə etmişdik””-deyə hərbi rəis ironiya ilə bildirib.

/Yenises.ru/


Bir cavab yazın