“Rus marşı” Moskvanın mərkəzində keçiriləcək
4 noyabr Rusiyanın Milli birlik günü münasibətilə 2005-ci ildən keçirilən “Rus marşı”na bu il Moskva meri iki yer təklif edib. Bu haqda aksiyanın təşkilatçısı “Ruslar” birliyinin lideri Dmitriy Demuşkin məlumat verib.
“Moskva höküməti marşçılara iki yerdə aksiya keçirməyə icazə vermişdi. Yakimansk və Krımsk sahil küçəsi və bir də Lyublino rayonunda. Lyublino aksiya keçirmək üçün geniş və rahat olsa da, Demuşkin Moskvanın “yatmış” rayonu Lyublinonu deyil, mərkəzi seçməyi qərara aldıqlarını bildirib. “Ruslar”ın lideri mərkəzdə ola bilsin yürüş baş tutmasın və sadəcə mitinqlə kifayətənəcəklərini də ifadə edib.
Moskva meriyası da öz növbəsində “Rus marşı”nın Moskvanın mərkəzində keçiriləcəyini təsdiq edib. Paytaxt meriyası regional təhlükəszlik departamentinin rəhbəri Aleksey Mayorov hökümətin sahildə keçiriləcək yürüşdə problemlərlə üzləşəcəyini qeyd edib. “Ola bilsin verilən marşrutda bir neçə dəyişiklik olsun” –deyə o, əlavə edib.
Son 3 ildə Lyublinoda keçirilən “Rus marşı”nda təşkilatçılar 20 min insanın iştirak etdiyini bildirsələr də, hökümət 7 minə yaxın adamın iştirak etdiyi qiymətini verir. Demuşkin bu il mərkəzdə yerin dar olduguna görə marşda 10 min aksiyaçının olacağını bəyan edib.
Xatırladaq ki, Dmitri Demuşkin bə Aleksandr Belovun rəhbərlik etdikləri təşkilatlar millətçi təşkilat olaraq radikallığı ilə seçilirlər.
/Yenises.ru/