Rus səfirinin qətlini rəsmi Moskva terror kimi dəyərləndirdi


Rus səfirinin qətlini rəsmi  Moskva terror  kimi dəyərləndirdi
RF səfirinin Ankarada öldürülməsini Rusiya terror aktı kimi qəbul edir. Bunu XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz baş verən hadisəni terror aktı kimi qiymətləndiririk. Türkiyə rəsmiləri ilə daim əlaqədəyik və hərtərəfli, dəqiq araşdırma aparılacağı məlumatını almışıq. Qatillər cəzalandırılacaqlar. Elə bu gün bu sual BMT Təhlükəsizlik Şurası üzvləri qarşısına çıxarılacaq””-deyə Mariya Zaxarova qeyd edib.

“”Terrorizm keçməyəcək və biz onunla qətiyyətlə mübarizə aparacağıq. Tanınmış rus diplomat, vəzivədə olarkən terrorizmə qarşı mübarizədə bir çox işlər görmüş Andrey Gennadyeviç Karlovun xatirıəsi bizim qəlbimizdə hər zaman qalacaq””-deyə o, əlavə edib.

/Yenises.ru/


Bir cavab yazın