Rusiya BMT İHŞ-nı Suriyaya qarşı qətnamə qəbul etməkdə tələsməməyə çağırdı


Rusiya BMT İHŞ-nı  Suriyaya  qarşı qətnamə qəbul etməkdə  tələsməməyə çağırdı

Rusiya sonuna kimi Suriyaya “sadiq” olduğunu göstərməkdədir. Bu dəfə BMT-də Suriyaya qarşı qətnamə qəbul edilməməsi çağırışı ilə çıxış edib.

Rusiya BMT İnsan Haqları Şurasına Suriya məsələsi ilə bağlı 30 iyun Beynəlxalq konfransında Suriyaya qarşı qətnamə qəbul etməkdə tələsməməyə çağırıb. Bunu BMT-nın Cenevrə ofisi Rusiya nümayəndəliyinin daimi sədrinin müavini Vasili Nebenzya bəyan edib.

BMT İnsan Haqları Şurasının iclasında diplomat : “30 iyun danışıqları astanasında biz bütün dövlətləri konstruktiv səyləri sarsıdacaq addımlar atmaqdan imtina etməyə, həmçinin həmkarlarımızı İnsan haqları Şurasının Suriyaya qarşı birtərəfli qətnamə layihəsi qəbul edilməsinə yol verməməyə çağırırıq”-deyib.

/Yenises.ru/


Bir cavab yazın