Rusiya höküməti miqrasiya ilə bağlı ciddi qadağalar tətbiq edəcək
Prezidentin miqrasiya sahəsində qanunları gücləndirmək üçün Dövlət Dumasına göndərdiyi qanun layihəsi “gəlmələrin” işini çətinə salacaq. Prezidentin təklif etdiyi yeni qanun layihəsinə görə Rusiyada qeyri-qanuni yaşamaq yüksək cərimə və azadlıqdan məhrumetmə cəzası ilə daha da ağırlaşdırılacaq.
Dövlət Duması miqrantların yaşadığı yerdə saxta qeydiyyatın qarşısını amaq üçün böyük ölçüdə cərimə tətbiq edilməsini tələb edən prezident layihəsini birinci oxunuşda qəbul edib.
Xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxsləri saxta qeydiyyata görə 100 min rubldan 500 min rubla qədər cərimə, ya da 3 ilə qədər həbs cəzası gözləyir.
Bundna başqa qanun layihəsində yaşayış yerində pasportsuz yaşayanlar üçün də sanksiya tətbiq edilməsinə əksini tapıb. Buna görə cərimə 2 min rubldan 3 min rubla kimi, Moskva və Sankt-Peterburqda isə 3 min rubldan 5 min rubla kimi təşkil eədəcək. Əgər şəxs qeydiyyatsız yaşayırsa, buna görə də şəxs 2 min rubldan 3 min rubla kimi cərimə ödəyəcək. Evin sahibi isə 2 min rubldan 5 min rubla kimi cərimələnəcək. Əgər söhbət hüquqi səxsdən gedirsə, ona tətbiq ediləcək sanksiya 250 min rubldan 750 min rubla kimi olacaq. Əgər qanun pozuntusuna paytaxt və ya Sankt-Peterburqda rast gəlinərəsə, bu qiymət daha yüksək: vətəndaş üçün 3 mindən 5 min rubla kimi, sahibkarlar üçün 5 mindən 7 min rubla kimi, hüquqi şəxslər üçün isə 300 mindən 800 min rubla kimi nəzərdə tutulub.
Qanun layihəsində vətəndaşların qeydiyyat qaydalarını pozmasına görə də cərimə təyin edilib.
Miqrasiya qeydiyyatına düşmədə qanun pozuntusuna yol verilməsinə görə “qadaganın bərkidilməsini” aşağı palata tam əsaslı sayır. Rusiyada çox sayda bir mənzildə onlarla adamın qeydiyyata düşməsi faktına rast gəlinir-deyə Dövlət Dumasının spikeri Sergey Narışkin bildirib.
“Belə faktlar ölkədə bir ildə neçə minlərlədir. Nəticədə miqrasiya qeydiyyatına düşənlər vergidən yayınır, ən başlıcası – bu korrupsiya və cinayətə, kütləvi kriminal risklərin artmasına vəsilə olur”-deyə palata sədri qeyd edib.
Dövlət Dumasının milli məsələlər üzrə sədr müavini Mixail Starşinov ehtimal edir ki, bu Rusiyaya miqrasiya axınını qaydaya salmaq istiqamətinə yönəlib.
Qanun layihəsinin axıra kimi işlənməsi təklifi ilə isə “Spravedlivaya Rossiya” partiyasından , mənzil siyasəti və Mənzi Kommunal Xidmətləri komitəsinin sədri Qalina Xovanskaya çıxış edib. “İş orasındadır ki, qeydiyyat yerləşdirilmək və yaşayış yeri ilə təmin edilmək fakına əsaslanır. Ona görə də ikinci oxunuşda yaşayış yerinə qeydiyyata düşmə norması məhdudlaşdırlmalıdir ”-deyə o qeyd edib.
Bir sözlə yeni qanun layihəsi Rusiyada miqrant axının qarşısını almağa, qeyri-leqal miqrasiyaya son qoymaga hesablanıb.
Ayla Azəri
/Yenises.ru/