Rusiya mətbuatı BMT BA-nın iclasında İlham Əliyevin çıxışı zamanı qızının selfi etməsinə diqqət çəkib


Rusiya mətbuatı  BMT BA-nın iclasında İlham Əliyevin çıxışı  zamanı qızının  selfi etməsinə diqqət  çəkib

“BMT Baş Assambleyasında selfi: Azərbaycan prezidentinin qızı atasının çıxışı zamanı şəkil çəkdi”” başlıqlı yazıda Leyla Əliyevanın üzündə heyrət ifadəsi olduğu qeyd edilib.

Azərbaycan prezidenti İlham Əliyev BMT-nin tribunasında Dağlıq Qarabağ haqqında danışıb. Çıxışında Ermənistan prezidentini “”hərbi cinayətkar”” adlandıran zaman onun xanımı və böyük qizi bir-birinə baxaraq gülümsəyiblər. Sonra Leyla Əliyeva üzündə heyrət ifadəsi ilə bir neçə selfi edib.

Azərbaycan prezidentinin qızının hərəkətini yığıncaq iştirakçıları izləyə bilərlər. Çünki o ekranda transliyasiya edilib-Bİ-Bİ-Sİ-nin Rusiya xidməti buna diqqət çəkib.

Hyu-Yorkda çıxışı zamanı İlham Əliyev Qarabağ münaqişəsinin sülh yolu ilə həllində hərəkətlilik yoxdur deyib və Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırıb.

Yenises.ru


Bir cavab yazın