Rusiya millisi Çexiyanı darmadağın etdi
AVRO-2012 çempionatında A qrupunun növbəti görüşü keçirildi. Rusiya millisi Çexiya yığması ilə qarşılaşmada böyük hesablı qələbə qazandi- 4:1.
Oyunda hesabı 15-ci dəqiqədə Rusiya yığmasının 21 yaşlı yarımmüdafiəçisi Alan Zaqoev açdı. Qoldan 9 dəqiqə sonra, 24-cü dəqiqədə Rusiya yıgması Roman Şirikovun sayəsində hesab arasindakı fərqi artirdı -2:0. Birinci hissədə gərgin mübarizənin davam etməsinə baxmayaraq hesab arasındakı fərq dəyişmədi.
İkinci hissədə Çexiya yığması Pilarjın vurduğu qol ilə hesab arasindakı fərqi azaltdı. Buna baxmayaraq, Rusiya yığması hücümlarını davam etdirirdi və bunun sayəsində Alan Zaqoev komandasının üçüncü, özünün isə ikinci qolunu vurdu. Rusiya millisi oyunun son on dəqiqəsində Roman Pavlyuçenkonun vurdugu qolla Çexiya millisini darmadağın etdi.
/Yenises.ru/