Rusiya müdafiə nazirliyi orduya çağırışı qaydalarını sərtləşdirir
Rusiya müdafiə nazirliyi orduya çağırışı sərtləşdirməyi planlaşdırır. Bu haqda “İsvestiya”” qəzeti məlumat verib.
Nəşrin məlumatına görə qurum tibbi anketə nəzarət təqtbiq etmək istəyir.
Qeyd edilir ki, bu prosedur səhhətinə görə orduya çağırışdan təxirə salmaq və ya azad edilməyin doğru olub-olmadığını təyin etməyə imkan verəcək.
Bununla yanaşı, Müdafiə nazirliyi səhhətinə görə müvəqqəti olaraq orduya yarasız sayılan çağırışçıların müayinəyə göndərilməsini təklif edir.
Bundan əvvəl prezident Vladimir Putin bəyan etmişdi ki, orduya çağırış tezi-geci ləğv olunacaq.
Yenises.ru“