Rusiya ombudsmeni blogger Lapşının Azərbaycana verilməsini yolverilməz sayır


Rusiya ombudsmeni  blogger Lapşının Azərbaycana verilməsini yolverilməz sayır
Rusiya insan haqları müdafiəçisi Moskalkova müstəqil jurnalist Lapşının Azərbaycana verilməsini yoverilməz hesab edir. Onun sözlərinə görə bu mövqeyini Rusiya XİN-yi və digər hüquqi qurumlar dəstəkləyir.

Ombudsmen həmçinin rusiyalılara sərhəddi keçərkən xarici dövlətlərin qanunvericiliyini öyrənməyi və ona əməl etməyi xatırladıb.

Qondarma Daglıq Qarabağ respublikasını Bakının razılığı olmadan ziyarət etdiyinə görə qara siyahıya düşən Lapşın ötən ilin dekabrında Azərbaycanın sorğusuna əsasən Minskdə saxlanılıb. Baxmayaraq ki, Azərbaycana gəlışınə qadağa qoyulan Lapşin 2015-cı ilin iyununda Ukrayna pasportu ilə Gürcüstandan ora gedib.

Yanvarın 20-də Minsk Lapşının Azərbaycana verilməsi qərarını qəbul edib.

Yenises.ru


Bir cavab yazın