Rusiya ordusu “İsveç stolu” yemək sisteminə keçir


Rusiya ordusu  “İsveç stolu”  yemək sisteminə  keçir
Daha “kaşa”” yemək məcburiyyəti olmayacaq, dğşəməni tozsovuranla təmizləyəcək, ümumi hamam yox, duş kabinələri, hətta “”çayxana”” da olacaq. Bir sözlə- rus ordusunda xidmət edənlər “”kef edəcəklər””.

Rusiya hərbi xidmətçiləri bu il yeni “İsveç stolu” yemək sisteminə keçməyə hazırlaşır. Bu haqda ümumi ordunun 20-ci qvardiyasının general-mayoru Aleksandr Lapin xəbər verib.

“Hərbi qulluqçuların yemək sistemi inkişaf edir, bu ilin mart ayında iki briqadanın xüsusi tərkibi tam yeni-“İsveç stolu” tipli yemək sisteminə keçəcək”-deyə o, “Exo Moskvı” radiostansiyasının efirindən bəyan edib.

General onu da qeyd edib ki, RF Müdafiə nazirliyinin qərarı ilə kazarmalarda duş kabinələri quraşdırılır, hər mərtəbədə çay içmək üçün otaqlar hazırlanır. Bundan başqa indi hər bir rotada sulu təmizlik etmək üçün güclü tozsovuranlar var.
“Yazda biz artıq yeni səhra geyimləri alacağıq”-deyə A.Lapin əlavə edib.

/Yenises.ru/


Bir cavab yazın