Rusiya orta məktəblərində təhsil pullu olacaq


Rusiya orta məktəblərində təhsil pullu olacaq
2013-cü dərs ilindən etibarən, Rusiyanin orta məktəblərində təhsil ödənişli əsaslarla ola bilər. Yerli mətbuatın yazdıgına görə, belə bir qanun qüvvəyə minərsə, təhsil müəssisələrində baza fənləri hesab ediən fənləri cixmaqla, təhsil ödənili əsaslarla olacaq. Baza fənləri isə sadəcə rus dili (həftədə 2 saat), bədən tərbiyəsi (həftədə 2 saat), riyaziyyat (həftədə 2 saat) və tarix (həftədə 1 saat) nəzərdə tutulur. Digər bütün fənlərin öyrənməsi ücünsə valideyinlər pul ödəməli olacaqlar.

Hesablamalara görə, bu ödəniş təxminən bir uşaq ücün ayda 6-7 min rubla başa gələcək. Bu qayda ilə bir uşaq ücün valideyin ildə 54-70 min rubl, butun 11 il ərzində isə 630-min rubla yaxın təhsil xərci cəkməli olacaqlar. Məlumatda o da qeyd olunur ki, 1-3-cü siniflər bu ödənişdən azad olunacaqlar və təhsil proqrami da əvvəlki kimi saxlanılacaq.
Mütəxəssislərin fikrincə belə bir qanunun qəbulu olkədə təhsilin inkişafına böyük zərbə vura bilər. Cünki, ehalisinin 40 faizi yoxsulluq həddində yaşayan ölkənin her üc nəfərindən biri təhsildən məhrum ola bilər ki, bu da olkədə kütləvi savadsızlıqla nəticələnər.
Nəzərə alsaq ki, bir ailədən iki və daha artıq məktəbli varsa vəziyyət daha da gərgin ola bilər. Uşaqlar ücün məktəbli forması, dəftərxana ləvazimatları və s. də daxil olmaqla 1 uşaq ücün valideyin təqribən 20-25 min rubl xərcləməli olacaq.
Mütəxəssislərin sözlərinə görə, yaşayiş səviyyəsi daha aşağı olan əyalətlərdə, o cümlədəm kənd məktəblətrində vəziyyət daha acınacaqlı ola bilər, əksər məktəblər isə hətta ramamilə qapadıla bilər.
Fidan


Bir cavab yazın