Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər


[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu “Radio NV”” -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

Prokuror onu da bildirib ki, onlar 13 min nəfərdir və bir çox vətəndaşların kimliyi təsbit edilib.

İyulun 17-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bütün sakinlərinin rus pasportu almaq
prosesini sadələşdirən sərəncam imzalamışdı. Sənədə görə, Rusiyada müvəqqəti yaşamaq icazəsi və ya yaşayış izni olan Ukrayna vətəndaşları və vətəndaşlığı olmayan şəxslər, habelə qaçqın vəsiqəsi və ya müvəqqəti sığınacaq şəhadətnaməsi olanlar asanlıqla Rusiya pasportu üçün müraciət edə bilərlər.

Yenises.ru


Bir cavab yazın