Rusiya prezidenti Putindən Tayyib Ərdoğan və Bəşər Əsədə başsağlığı teleqramı


RF prezidenti Vladimir Putin Türkiyədə və Suriyadakı zəlzələ ilə bağlı  yardım təklif edib.

 RF prezidenti Vladimir Putin bu gün Trükiyə və Suriyada baş verən zəlzələ ilə bağlı hər iki ölkənın başçısına başsağlığı ünvanlayıb.  Kremlin rəsmi saytında dərc olunan teleqramın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana  müraciət olunan hissəsində  deyilir:

“Hörmətli cənab prezident,  ölkənizdə baş verən  güclü zəlzələ  nəticəsində genişmiqyaslı dağıntılar  və çoxylı  insan tələfatı ilə bağlı Sizə dərindən başsağlığı verirəm”.

Putin Ərdoandan zəlzələdə həyatnı itirənlərin  doğmaları və yaxınlarına  üzüntüsünü, yaralananalara  şəfa dilədiyini catdırmasını da istəyib.

Rusiya lideri bununla yanaşı Moskvanın hər hansı lazimi dəstək vernəyə hazır olduğunu da teleqramda qeyd edib.

Yenises.ru


Bir cavab yazın