Rusiya Qərb üçün beynəlxalq terrordan daha təhlükəlidir


Rusiya Qərb üçün beynəlxalq terrordan daha təhlükəlidir

Belçikanın müdafiə əməliyyatları komandiri Karl Gillis “Paris Match”” nəşrinə verdiyi müsahibəsində Rusiyanın Qərb üçün beynəlxalq terrordan daha təhlükəli olduğunu bəyan edib.

O, NATO olkələri nmayəndələrinin Romadakı Müdafiə kollecində Rusiya prezidentinin siyasi məsələlər üzrə məsləhətçisi ilə birlikdə keçirilən görüşünün yekunlarına əsasən bu qərara gəlib. Onun sözlərinə görə bu görüşdə terrorizm mövzusu demək olar ki, heç qaldırılmayıb, lakin bütün hesabatlarda “”Rusiya təhlükəsi”” olub.

Gillis bildirb ki, Rusiya nümayəndəsinin çıxışından belə anlaşılır ki, Rusiyanın Asiya -Sakit okeanı regionunda manevr etməsinin əsas səbəbi özünün dünyanın super dövləti kimi tanınasını və dünyada daha vacib rol oynadığını göstərməkdir.

“”Ruslar hesab edirlər ki, biz artıq ABŞ-ın diktəsi ilə postamerika çoxqütblü dünyasına daxil olmuşuq və bunu qəbul etmirlər “”-deyə o qeyd edib. O, onu da əlavə edib ki, Rusiyanın əsas niyyəti nə zamanlarsa onun sərhədləri yaxılınğında bufer zonalar olan yerlərdə yenidən təsir dairəsini bərpa etməkdir.

Gillis, vurğulayıb ki, rusiyalı nümayəndə açıqca başa saldı ki, “”Rusiya Avropa İttifaqı və NATO-nun birliyini sarsıtmaq üçün səy göstərir”” və başqa ölkələr tərəfindən buna hötmətlə yanaşılmasına nail olacaq.

O, onu da deyib ki, Rusiya özünü Suriya, Krım, Baltik ölkələri və Kalininqrad, Qafq az, Əfqanısan və bir neçə digər ölkələr də olmaqla “”qaynar nöqtələrlə”” əhatə olunmuş halda Qərblə qarşıdurmada vəziyyətində görür. Г

Rusiya öz məqsədinə çatmaqdan ötəri cəsusçuluq, siyasi təzyiq, sosial şəbəkələrdə dezinformasiya, kiber müdaxilə və digər müxtəlif “”hibrid metodlardan”” istifadə edir.

“”Rusiyanın niyyəti öz təsirini daha ciddi şəkildə saxlamaq və genişlndirməkdir. O, öz təhlilində o dərəcədə açıqdır ki, onun planı tamamilə aydınrdı””-deyə Belçikanın müdafiə əməliyyatları komandiri Karl Gillis qətiyyətlə söyləyib.

YENİSES.RU


Bir cavab yazın