Rusiya rəsmiləri Venesuelaya rus muzdlularının göndərilməsi xəbərini təkzib edir


Rusiya rəsmiləri Venesuelaya rus muzdlularının göndərilməsi xəbərini təkzib edir

Verilən bəzi məlumatara görə onlar prezident Maduronu qoruyur.

Moskva Ukrayna, Suriya prezidentlərini xilas etsə də, 17 milyard dollar vəsait qoyduğu Venesuela prezidentinə hələ ki, heç bir yardım etmir. Hər halda yardım haqqında heç bir rəsmi bəyanat yoxdur. Amma “Reuters”” agentliyi təsdiq edir ki, qeyri-rəsmi olaraq Ukraynanın cənubunda, Suriyada vuruşan, eləcə də Afrikanın bir sıra ölkələrində hərəkət edən ÇVK “”Vaqner””adlanan dəstənin döyüşçüləri ora göndərilib. Məlumatlarda o da bildirilir ki, birinci dəstə prezident seçkilərinə qədər, ikinci dəstə isə bir müddət əvvəl ora gətirilib. Onlara aralarında cəsus olma ehtimalına nəzərə alaraq Maduranı öz mühafizəçilərindən qorumaq tapşırılıb.

Rusiyada muzdlu hərbçi saxlamaq qanuna görə cinayətdir və hökümət xüsusi hərbi şirkətləri tanımır, onunla hər hansı bir bağlılığı rədd edir. Bu dəfə təkziblə Rusiyanın Venesueladakı səfiri və həmçinin senator Frans Klintseviç çıxış edib.

İkihakimiyyətlilik yaşanan Venesueladakı vəziyyət bu gün BMT-nin Təhlükəsizlik Şurasında müzakirə ediləcək.

Yenises.ru


Bir cavab yazın