Rusiya səfiri Fransa XİN-nə çağrılıdı



Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Rusiyanın   avropalı nümayəndələrə kontrsanksiya tətbiq etdiyinə görə Fransa xarici işlər nazroyinə çağırılıb.  Bu haqda Fransa xarici siyasət qurumundan  məlumat verilib.  

 «Biz aprelin 30-da Rusiya höküməti tərəfindən bir sıra avropalı rəsmi şəxslərə, o cümlədən Avropa parlamentinin prezidenti və Avropa komissiyasının vitse-prezidenti xanım Yurovaya və fransalı deputat  Jak Merə qarşı elan edilmiş sanksiya qərarını qətiyyətlə pisləyirik”-deyə  RİA Novostinin məlumatında deyilri.

Qeyd edildiyi kimi, bu tədbirlər “ gərginliyin azalmasına gətirib çıxarmayacaq” və ona görə  Paris  gərginliyin aradam qaldırılmasına  nail olmaqdan ötrü Moskvadan “özünü məsuliyyətli aparacağına ümid edir.  

“Bu mlumat mayın 3-də Rusiya Federasiyasının səfiri cənab Aleksey Meçkova  verilib”-deyə XİN xəbəri  dəqiqləşdirib.

Nazirlikdən onu da qeyd ediblər ki, səfirə  həmçinin yerlərdə diplomatik nümayəndəliklərə işə əməkdaşlar götürülməsinə qoyulan məhdudiyyətdən narahatlıq duyduqlarını da bilriblər.  

Bir müddət əvvəl  Avropa Birliyi yanında Rusiyanın  daimi nümayəndəsi Valdimir Çijov Moskvanın səkkiz Avropa vətəndaşına qarşı  cavab sanksiyası təbtbiq etməsi barədə  AB-nə məlumat vermişdi.

 Aprelin 30-da Rusiya XİN  qarşılıqlı şərtlər əsasında AB və aAvropa strukturlarının  səkkiz nümayəndəsinə  ölkəsinin qapılarını  bağladığını elan etmişdi. Onların arasında Avroparlamentin sədri Savid Mariya Sassoli də var.  

Yenises.ru


Bir cavab yazın