Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.
Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.
Səhifədə yazılan postda səfirliyin mətbuat xidməti Rusiya xarici işlər naziri Sergey Lavrovun NATO-nun hərbi xərcləri ilə Rusiyanın hərbi xərclərini qarşılaşdıraraq bunun alyansın Moskvaya qarşı aqressiv siyasətinə işarə etdiyini dediyindən sitat gətirib. Xəritə bu yazı ilə müşaiyət olunub. “Rusiya müharibə istəyir. Baxın, onlar öz ölkələrini bizim hərbi bazalarına yaxın yerləşdirib””. Xəritədə Krım Ukrayna əzrizisi ilə eyni rəngindədir.
Twitter postunda yazılan bu məlumata Ukrayna XİN-i diqqət yetirərək, Rusiya səfriliyinə məlum faktı qəbul etdiyindən dolayı minnətdarlıq edərək, digər dövlət müəssisələrindən də eynisini gözlədiklərini bildirib.
Yenises.ru“