Rusiya Səhiyyə nazirliyi reseptdə dərmanın adını düzgün yazmamağa görə cərimələyəcək
Reseptdə dərmanın tibbi adını deyil, ticari markasını göstərən həkimi 3000 rubl cərimə cəzası gözləyir.
Aparıcı KİV-lərin verdiyi məlumata görə Səhiyyə nazirliyi reseptdə dərmanların əsl deyil, kommersiya adına uyğun yazan həkimlərə cərimə tələb edən yeni qanun layihəsi hazırlayıb. Lahiyədə göstərilir ki, artıq həkimlərin reseptdə dərmanı firma adı ilə yazmağa haqqı yoxdur. Sadəcə preparatların ümumi beynəlxalq adının yazılmasına izn verilir. Əgər hər hansı bir həkim bu qanunu pozarsa, o, 3000 rubl məbləğində cərimə ediləcək.
Bu xəbəri Səhiyyə nazirliyinin mətbuat xidmətindən təsdiq ediblər. Onun da nəzərə çatdırılmasını xahiş ediblər ki, söhbət dərmanların tibbdə işlənən ümumi adından deyil, ticari marka adından gedir. Onlar həmçinin qeyd ediblər ki, “düzgün yazılmayan reseptə”” görə həkim cərimə olunmaqla yanaşı, işlədiyi tibbi-müəssisənin rəhbərliyi tərəfindən ona irad tutulacaq.
Onu da qeyd etmək yerinə düşər ki, hazırda icrada olan qanunda da reseptdə tibbi preparatın ticari adının istifadə olunmasını qadağan edilir. Lakin buna görə hər hansı bir cəza göstərilmir. Ona görə də Səhiyyə nazirliyi aidiyyatı dəyişikliyi tələb edən qanun lahiyəsini irəli sürüb.
Banu
/Yenises.ru/“