Rusiya XİN : Liviyada “Vagner”” muzdlularının olması xəbəri yalandır”
ABŞ Dövlət departamentinin Liviyada özəl hərbi şirkət olan “Vagner’ döyüşçülərinin olması iddiası ilə əlaqədar açıqlamaları saxta məlumatlara əsaslanır. Bunu Xarici İşlər Nazirinin müavini Mixail Boqdanov Misirin “”Al Ahram”” qəzetinə müsahibəsində söyləyib.
Boqdanov qeyd edib ki, bu iddialar general Xəlifə Haftarın əleyhdarlarını dəstəkləyən şübhəli mənbələrə əsaslanır. “”Liviyada döyüşdüyü iddia edilən insanlar əslində ölkəmizdən kənara çıxmayıblar”” -deyib.
Xatırladaq ki, iyun ayında Türkiyənin Anadolu agentliyi ÇVK “”Vaqner””in Liviyada olduğu iddia edildi. Nəşr hərbi şirkətdən olan iki Rusiya vətəndaşının koronavirus xəstəliyinə tutulduğunu yazırdı. Lakin sonradan bunun doğruluğunu təsdiqləyən dəlil göstərilmədi.
YENİSES.RU“