Rusiya XİN: Macarıstan və Azərbaycanın hərəkəti Zaqafqaziyada gərginliyn azalmasına mane olur
Rusiya Xarici İşlər nazirliyinin rəsmisi Aleksandr Lukaşeviç Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunaraq ölkəsində əfv olunması Zaqafqaziyada gərginliyin azaldılması yolunda atıllan addımların tam əksinə doğru olan hərəkət kimi qiymətləndirib.
Yenises.ru-nun RİA Novosti-yə istinadən verdiyi xəbərə görə situasiyanı şərh edən Lukaşeviç bunları bildirib.
“Hesab edirik ki, Azərbaycan və Macarıstan dövlətlərinin hərəkəti beynəlxalq səvyyədə razılaşdırılımış, birinici növbədə ATƏT-in Minsk qrupunun regionda gərginliyi azaltamağa istiqamətləndirilən mövqeyinə tam ziddir. ATƏT-in Minsk qrupundan bu mövcud situasiyaya qiymət verməsini gözləyirik ”.
Xatırladaq ki, Ramil Səfərov 2004 cü ildə NATO qoşunlarının təlimləri çərçivəsində Macarıstanda kurs keçərkən erməni Markaryanı ölürməkdə təsqsirli bilinmiş və ömürlük həbsə məhkum edilmişdi. Onun Azərbaycana verilməsi bu ilin avqustunda baş tutub və prezident İlham Əliyev tərəfindən əfv edilib.
Bundan qeyzlənən Ermənistan Macarıstanın bu hərəkətini “səhv” sayaraq onunla diplomatik əlaqələrini kəsdiyini bəyan edib və hətta rəsmi Bakinı müharibə ilə hədələyib.
/Yenises.ru/