Rusiyada aylıq maaşdan həftəlik maaşa
Dövlət Dumasına təqdim edilən bu yeni qanun layihəsində, rusiyalılara əmək haqqı ayda iki dəfə deyil, dörd dəfə verilməsi nəzərdə tutulub. Bu təşəbbüslə Yelena Afanaseva və Yaroslav Nilov çıxış edib.
Yeni il bayramı tətilindən sonra deputatlar işəgötürənlərin öz işçilərinə əmək haqqını 4 dəfə verilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edəcəklər. Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu əmək haqqının gecikməsi probleminin qarşısının alacaq.
Deputatlar onu da qeyd edirlər ki, 2011-ci ildə Rusiya müəssisələrinin öz işçilərinə 2 milyardd rubldan çox borcu var.
/Yenises.ru/