Rusiyada balkonda siqaret çəkmək yasaqlandı
Rusiyada balkonda siqaret çəkmək və kabab bişirmək qadağan olunur.
Rusiya höküməti yanğına qarşı qaydalarda dəyişiklik edərək evlərin, otellərin, yataqxanaların balkonlarında açıq alovdan istifadə etməyin yasaqlanmasını qərara alıb. Bu haqda Rusiya Fövqəladə hallar nazirlyinin mətbuat xidmətinin xəbərində deyilir.
“RF höküməti yanğın təhlükəsizliyini təmin etməkdən ötrü bir neçə tələbləri nəzərə alıb. İndi evlərin, otellərin, yataqxanaların balkonlarında açıq alovdan istifadə edilməsi qanunla qadağan olunur””-deyə məlumatda bildirilir. Beləliklə. rusiyalılar balkonda siqaret çəkə, kabab bişirə, hətta şam yandıra bilməyəcəklər.
Bununla yanaşı siqaret çəkmək üçün ayrılan xüsusi yerlərə bu şamil edilmir. Yeni qayda oktyabrın 1-dən qüvvəyə minəcək.
Yenises.ru“