Rusiyada Domino’s Pizza-nın sahibi şirkətin iflasa uğradığını açıqlayıb


Domino’s Pizza brendini idarə edən DP Eurasia  onu satmaq üçün etdiyi uğursuz cəhdlərdən sonra müflis olduğunu bildirib. Biznesin xarici borcu yarım milyard rubl qiymətləndirilir.

“Bu gün DPRussia holdinqi  iflas etdiyini bildirməkdən ötrü  ərizə ilə müracət edib. Bundan əvvəl 2022-ci il dekabrın 28-də şirkətin Rusiyadakı mövcudluğunu, sanksiyaların təsirini və Rusiyadakı müştərilərinə xidmət göstərmək imkanlarını qiymətləndirdiyini təsdiqləyən elan verilmişdi. Bununla əlaqədar Rusiya seqmentinin fəaliyyətinə xitam verilib”, – məlumatda deyilir.

Şirkətin ifadə etdiyi iflas ərizəsi bütün qanuni tələblərə uyğun olaraq veriləcək.

Bundan əvvəl bildirilmişdi ki, bu ilin ikinci rübündə Avropa İttifaqında  şirkətlərin müflisləşmə səviyyəsi  rekord həddə çatıb. Birinci rübdə iflas dərəcəsi  8,4% aşağı olub.


Bir cavab yazın