Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook … Rusiyada Facebook qapadıla bilər… Roskomnadzor:-” indidən təşvişə düşməyin””- deyir. Bu hələlik bir ehtimaldır…
Roskomnadzor (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov “”İzvestiya”” qəzetinə müsahibəsində deyib. “”Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər””.
“”2018-ci ilin sonuna kimi kompaniyada yoxlamalar aparacağıq və bir neçə maddəni yerinə yetirməliyik: Rusiya ərazisində vətəndaşların məlumat bazasının lokallaşdırılması, qadağan olunmuş informasiyanın silinməsi- və digər qanunlara nəzarət. Əgər bunlar yerinə yetirilməzsə və ya Rusiya dövləti bu hərəkətlərin yerinə yetirilməsi ilə bağlı məlumatlandırılmazsa, o zaman “”bloketmə”” məsələsi gündəmə gələcək””-deyə o, bildirib.
Məmur onu da qeyd edib ki, Facebook nümayəndələri ilə yarım ildə bir dəfə görüşür. O, eyni zamanda bunu perspektivdə olan təxmin kimi qəbul etməməyə çağırıb, istifadə etdiyi “”bloketmə”” ifadəsini isə “”Facebook-un Rusiya qanunverciyliyinə riayət etməsinə bir məcburiyyət yaradacaq”” kimi düşünün-deyib.
Yenises.ru“