Rusiyada Mərkəzi Bank valyutadəyişmə qaydalarını sərtləşdirdi


Rusiyada Mərkəzi Bank valyutadəyişmə qaydalarını sərtləşdirdi
Rusiyada 15000 rubldan yuxarı pul dəyişmək prosedurası çətinləşdirildi.

Gələn həftənin birinci günündən-dekabrın 28-dən Rusiyada valyutadəyişmə məntəqələrində 15 min rubldan artıq pul dəyişmək istəyənlər üçün yeni qaydalar tətbiq ediləcək. Dekabrın 27-də qüvvəyə minən qanuna görə dollar almaq və ya satmaq arzusunda olan bank müştərilərinin əvvəki qaydaya uyğun olaraq təkcə kassirə pasportunu göstərməsi kifayət etməyəcək. Qanunda tələb olunduğu qaydalara əsasən ciddi şəkildə müştərilərdən xüsusi anket doldurmaları istənəcək.

Bu banklarda, valyutadəyişmə məntəqələrində uzun növbələrin yaranmasına səbəb olacaq deyənlərə cavab olaraq isə, hazır anketləri bank işçilərinin dolduracağı bildirilir.

Bank və maaliyyə təcrübələri beynəlxalq hüquq firması Noerr-in baş hüqüqşunası Kiril Lelçitski bunu belə izah edir ki, qanunda göstərildiyi kimi terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə məqsədiylə tətbiq olunan yeni qayadalara görə valyutədəyişmə müştərisinin kimliyinin müəyyənləşdirilməsi ümumi qaydalar əsasında aparılacaq.

Bu o deməkdir ki, o özündə, misal olaraq müştərinin risk ölçüsünü, müştərinin məlumatının aparılmasını, müştəri haqqında bilgilərin yenilənməsini və digər nəzərdə tutulan sənədlərin toplanması kimi prosedurları əks etdirməlidir.

Mərkəzi Bankın mətbuat xidmətindən Bankir.ru-ya izah ediblər ki, yeni qayda “Qanunsuz yolla əldə edilən gəlirin leqallaşdırılmasına (pulların yuyulmasına) və terrorizmin maaliyyələşdirilməsi əlehinə”” qanunun tələblərinə uyğun olaraq qəbul edilib.

/Yenises.ru/


Bir cavab yazın