Rusiyada valyutanın məzənnəsini göstərən küçə tabloları yığışdırılacaqmı?
Mərkəzi Bank valyutanın məzənnəsi əks edilən küçə lövhələrinin yığışdırlması təlifiylə çıxış edib.
RBK-nın verdiyi məlumata görə Rusiya bankları xarici valyutalar üzrə valyuta məzənnələrini küçə informasiya lövhələrinə, eləcə də bankın kənarında yerləşdirilən hər hansı bir plitə, stenddə, plakatlarda yerləşdirmək hüququndan məhrum edə bilər.
Rusiya Banknın sərəncamında əks olunan təklifə görə 16 sentyabr 2010-cu il tarixindən tənzimləyicinin göstərişində dəyişiklik edilməsinə izn verilir. Bank müştərilərinin xarici valyutanın məzənnəsi ilə bağlı məlumatlandırılmasının sərtləşdirilməsi səbəbi haqqında isə Mərkəzi Bank susur.
Mərkəzi Bank ictimai müzakirəyə təqdim etdiyi təlimatnaməsinin layihəsi ilə bağlı təklif və şərhləri martın 1-nə kimi qəbul etməyi planlaşdırır. Əgər təklif qəbul olunarsa, sənəd dərc edildikdən on gün sonra qüvvəyə minəcək.
Yenises.ru