Rusiyalı «Moy mir»-də ekstremizm yaydığına görə 100 min rubl cərimələndi
Amur vilayətində məhkəmə “Moy mir” sosial şəbəkəsində ekstremist material dərc etdiyinə görə rusiyalını 100 min rubl məbləğində cərimə edib.
24 yaşlı Mail.ru Group sosial şəbəkə istifadəçisi RF CM-nin 280-ci maddəsinin 1-ci hissəsi ilə (ictimai şəkildə ekstremist fəaliyyətini həyata keçirməyə çağırış) təqsirli bilinib. İttiham edilən təqsirini boynuna alıb və peşiman olduğunu söyləyib.
2011-ci ildə Amur vilayətinin sakini “Moy mir”-də iki dəfə tərkibində milli və dini zəmində nifrət və zoraklığa çağırış olan material yayıb.
Ötən il “Vizantiya” agentliyinin təbliğatçıları sosial şəbəklərdə düşmənçilik həddini ölçərək belə nəticəyə gəliblər ki, Twitter, Facebook və «VKontakte»-yə nisbətən bu əhval “Moy mir”-də olduqca yüksəkdir. Təbliğatçılar onu da qeyd ediblər ki, digər regionlarla nisbətdə Moskvadan olan istifadəçilər çox utanmaz və aqressivdir, onlarda düşmənçilik daha hissi yüksəkdir.
/Yenises.ru/