Rusiyalıların çoxu dollar və avronun kursunun artmasından narahat deyillər


Rusiyalıların çoxu dollar və avronun kursunun artmasından narahat deyillər
Rusiyada yaşayanların çoxu xarici valyutanın kursunun artmasından narahat deyillər. Bunu Ümumrusiya ictimai rəy tədqiqat mərkəzinin (VSİOM) keçirdiyi sorğunun nəticələri təsdiq edir.

Sosioloqların dediyinə görə dollar və avronun ötən həftədən nəzərəçarpacaq dərəcədə bahalaşması rusların 60 faizində təşviş doğurmayıb. Xarici valyutanın bahalaşması yalnız insanlaırn 36 faizini əndişələndirib. Narahat olanların böyük hissəsi Moskva və Sankt-Peterburqda yaşayanlardır. O da qeyd olunur ki, xarici valyutanın kursunun yüksəlməsi maddi vəziyyəti pis olan respondentləri narahat edir, həmçinin 49 faiz isə dolların kursunu təqib edənlərdir.

Dollar və avronun bahalaşması davam etdiyi təqdirdə 12 faiz rusiyalı saxladığı pulları xırda alış -verişə və gündəlik tələbat mallarına xərcləməyi, 8 faiz daşınmaz əmlak və bahalı əşyalar almağa sərf etməyi, 2 faiz isə dollar və avroya dəyişməyi düşünürlər. Araşdırmaya görə rusiyalıların 94 faizi son iki ayda xarici valyuta almayıblar. Vətəndaşların 4 faizi dollar, 2 faiz isə avro alıb.

Mütəxəssislərin araşdırmalarının nəticəsi onu göstərir ki, Amerika valyutasının bahalanması davam edərsə, respondetlərin 66 faizi heç bir şey etməyəcəklər. Araşdırma aprelin 12-13-də yaşı 18-dən yuxarı 2 mindən çox Rusiya sakinləri arasında keçirilib.

Yenises.ru


Bir cavab yazın